Azərbaycanda Peşəkar Mühasib Sertifikatı üzrə imtahanlar təkmilləşdiriləcək

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu haqqında Qanun, Mühasibat uçotu statistikası,Bu gün Dövlət İmtahan Mərkəzi (DİM), Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və peşəkar mühasib təşkilatları arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədin məqsədi Peşəkar Mühasib Sertifikatı (PMS) üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi, təbliğatı, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması, qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq imkanları yaratmaqdır.

Hazırda “Mühasibat uçotu haqqında” qanuna əsasən, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin baş mühasiblərindən PMS almaları tələb olunur.

DİM-in təşkil etdiyi PMS imtahanları ikimərhələlidir. 1-ci mərhələdə namizədlərin mühasibat uçotu, 2-ci mərhələdə isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə bilikləri yoxlanılır.

Mənbə: report.az


Print Friendly, PDF & Email