Podratçılara dair tələblər sərtləşdirilib

posted in: Xəbər | 0
birbank biznes

əmək məcəlləsi, emek mecellesi, emek pensiyasi, Əmək pensiyası, vergilər nazirliyi struktur Dövlət rüsumuAzərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. (podratçı)

Dəyişiklik qanunun 6-cı (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) maddəsinə edilib.

İndiyədək satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması tələb olunurdusa, bundan sonra son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması da tələb olunacaq.

Qanunun tam mətninə nəzər yetirin:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 2 (I kitab), maddə 205, № 4, maddə 628; 2017, № 5, maddə 699; 2018, № 12 (I kitab), maddə 2523) 6.2.5-ci maddəsinə “öhdəliklərinin” sözündən sonra “, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
podratçı
Print Friendly, PDF & Email