Polşa barədə 24 maraqlı fakt

posted in: Məqalə, Xəbər | 0

Polşa özünün orta əsrlər arxitekturası və yəhudu irsi ilə məşhurdur. Ölkə onilliklər boyu çətin dövrlərdən keçib. Hazırda isə Avropanın ən sürətli böyüyən iqtisadiyyatlarından biri hesab olunur.

  • Ərazisinə görə Polşa dünyada 69-cu yeri, Avropada isə 9-cu yeri tutur;
  • “Polşa” sözü “polanie” qəbiləsinin adından götürülüb, “açıq sahədə yaşayan adamlar” mənasını verir;
  • 60 milyon polyakın 35 faizi (21 milyon nəfər) xaricdə yaşayır. ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Braziliya və Argentinada polyak dilində danışan böyük icmalar yaşayır;
  • Polşa özünün 17 Nobel mükafatı alan insanları ilə (bu Yaponiya, Çin, Hindistan və Avstraliyanın birlikdə əldə etdiyi mükafatlardan çoxdur), o cümlədən dörd sülh mükafatı və beş ədəbiyyat sahəsində, fəxr edə bilər. Polşada anadan olmuş Mariya Küri (Mariya Skladovskaya) iki müxtəlif elm sahəsində yeganə Nobel mükafatı almış və Sorbonna universitetinin ilk qadın professorudur;
  • Polşa etnik cəhətdən yekcinsdir, ölkə ərazisində yalnız kiçik milli azlıqlar yaşayır: ukraynalılar, beloruslar, slovaklar, litvalılar və almanlar;
  • Slavyandillilər arasında polyak dili öz sayına görə ruslardan sonra ikinci yerdə durur;
  • Polşa nəhəng kəhraba ixracatçısıdır. Hələ qədim dövrdən ölkə öz kəhrəbası ilə məşhur olub. Hansı ki, 1000 il ərzində kəhraba dəniz yolu ilə Baltik dənizindən Adriatik dənizi sahillərinə daşınıb. Polşanın şimalında yerləşən Qdansk şəhəri yantar alış-verişi üçün əla yer hesab olunur;
  • İkinci dünya müharibəsinə qədər Polşa Avropa yəhudiliyinin mərkəzi hesab olunub. Ölkədə 3,3 milyon yəhudi yaşayırdı. Holokost soyqırımı zamanı 450 min nəfərdən çox polyak yəhudiləri ölümdən xilas edib. 6135 polyaka İsrail hökuməti “Dünya xalqlarının əxlaqi insanları” (Righteous among the Nations) fəxri adını verib ki, bu da bu ada layiq görülənlərin arasında ən çoxsaylı millət hesab olunur;
  • Almanlar tərəfindən işğal edilmiş Polşa yeganə ərazi idi ki, burada yəhudilərə istənilən köməyi göstərən şəxsi ölüm cəzası gözləyirdi. Yəhudilərə kömək etdiyinə görə 50 minə yaxın polyak faşistlər tərəfindən edam edilib;
  • Polşa “piroqları” – ölkə hüdudlarından kənarda ən məşhur polyak yeməyi hesab olunur;
  • Polşada pivə çox vaxt moruq və ya qarağat meyvəsi şirəsi ilə birlikdə verilir. Hansı ki, onu saman çöpü ilə içmək adətdir. Soyuq vaxtlarda isə isti pivə verilir ki, onu da mixək və ya darçınla, eləcə

    də balla şirinləşdirilmiş şəkildə qəbul edirlər;

  • Polşa “Avropanın araq kəməri”nə daxildir. Ölkədə araq istehsalının tarixi 500 ildən çoxdur. İlk polyak arağı XI əsrdə əldə olunub. Bu içki “gorzalks” adlandırılırdı və ondan dərman kimi istifadə olunurdu;
  • Papa İoan II Pavel (Karol Voitila) yeganə Papa-polyakdır. Onun papa taxtında olması vaxtı ikinci ən uzunmüddətli dövr hesab edilir. Polşada və Mərkəzi və Şərqi avropada sosializmin çöküşünün sürətləndirilməsində onun böyük rolu olduğu bildirilir;
  • Katolisizm Polşada o qədər populyardır ki, ölkədə hətta Papaya həsr olunmuş televiziya kanalı fəaliyət göstərir;
  • Polyaklar digər millətlərə nisbətdə hamıdan çox “Dünyanın ən güclü adamı” titulunu qazanıblar. Polyak Mariusz Pudzianowski bu yarışların beşqat çempionudur;
  • Polşada dünyanın neolit dövrünə (e.ə.3500-1200ci illər) aid ən yaxşı qorunub saxlanılmış çaxmaq daşı alətləri tapılıb. Bu Avropanın ən qiymətli arxeoloji abidələrindən biri hesab olunur;
  • Dünyanın ən köhnə duz şaxtası – Veliçke XIII əsrdə inşa olunub. Bu duz şaxtasının dərinliyi 57 metrdən 198 metrə qədərdir,. Onun koridorlarının ümumi uzunluğu isə 200 km-ə çatır. 1978-ci ildən bu duz şaxtası YUNESKO-nun Ümumdünya abidələri sırasına daxil edilib;
  • Polyaklar yaxşı təhsillidirlər: gənclərin 90 faizi ən azından orta təhsillidir. Polyakların 50 faizi isə elmi dərəcəyə malikdirlər;
  • Vrotslavdakı “Piwnica Swidnicka” restoranı Avropanın ən qədim restoranıdır. O, 1275-ci ildən fəaliyyət göstərir;
  • Polşada indiyə kimi qadınların əlini öpmək kimi bir adət yaşamaqdadır;
  • 1976-cı ildə yazılmış
    “Zebu Polska Byla Polska” (Żeby Polska była Polską) Polşada ən populyar mahnı hesab olunur. O, kommunist rejiminə qarşı bir himn rolunu oynayıb. 1982-ci ildə Ronald Reyqan öz çıxışını “Let Poland Be Poland” adlandırmışdı. Kraliça II Yelizaveta isə Polşa parlamentində çıxış edərkən, həmin mahnıdan sitatlar gətirmişdi;
  • Varşavada Vinni Puxun şərəfinə küçə var – Kubusia Puchatka Street. Küçənin uzunluğu 149 metrdir;
  • Polyakların çoxu özlərinə ad qoyulduğu günü ad günlərindən daha təmtəraqlı keçirirlər;
  • Polşada yeni il axşamı “Evdə tənha” filminə baxmaq milad bayramı ənənələrindən biri kimi qəbul edilib.

Mühasib sözünün mənşəyini bilirsinizmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *