POS-terminal vasitəsilə ödənilən məbləğin NKA-ya vurulmamasına görə bizi hansı cərimələr gözləyir?

posted in: Vergi, Xəbər | 0

Sual: ƏDV ödəyicisi olan fiziki şəxs ticarətlə məşğuldur. Obyektində POS-terminal və nəzarət kassa aparatı quraşdırılıb. Hər ikisindən istifadə edilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan respublikasinin qanununa əsasən pos-terminala ödəniş edən müştəriyə çek də təqdim olunur. Qeyd etmək istərdim ki, ay ərzində həm nəzarət kassa aparatına, həm də POS-terminala mədaxil olan vəsaiti dövriyyə kimi hesabatlarda qeyd olunur, və yaranan 18% vergi öhdəliyi də büdcəyə ödənilir. Bilmək istərdim ki: pos-terminala mədaxil olan nağd şəkildə ödənişi əlavə olaraq nəzarət kassa aparatının yaddaşına da salmaq lazımdırmı ya yox? Nəyə əsasən? Və bunun nə kimi cəriməsi var?

Cavab: Bildiririk ki, malların alıcısına NKA çekinin verilməsi istehlakçının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu ilə bəyan edilən 14 gün ərzində qüsurlu malın geri qaytarılmasının və ya dəyişdirilməsinin təmin edilməsinə xidmət edir.

Belə ki, həmin Qanuna əsasən istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Məhz bu səbəbə görə pos-terminalla ödəniş edən şəxsə NKA çekinin verilməsi tələb olunur.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) satılan malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) NKA-nın çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

ƏDV tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir ki, buraya da nağd və ya nağdsız şəkildə edilmiş ödənişlər, avanslar və s. daxildir. Vergitutma məqsədləri üçün eyni məbləğin həm POS-terminala, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.

Təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənilərkən həmin məbləğin NKA-ya mədaxil edilməməsinə görə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 16.1.9-cu16.1.11-1-ci58.7-ci və 173.2-ci maddələri, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 1995-ci il 19 sentyabr tarixli 1113 nömrəli Qanununun 7-ci və 17-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4-cü bəndi.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *