Praktik mühasibatlıq və E-sənədləşmə kursu

posted in: Xəbər | 0

Azərbaycan Mühasiblər Məktəbi praktiki biliklərinizi artırmaq üçün yeni təlim proqramı təqdim edir – Praktiki mühasibatlıq və E-sənədləşmə kursu

Şirkətin gündəlik mühasibatlıq və sənədləşmə əməliyyatlarını nə dərəcədə müstəqil idarə edə bilirsiniz? Aşağıdakı əməliyyatlar mühasiblərin gündəlik iş prosesinin vacib hissəsidir.

  • Vergi portallarında əməliyyat aparmaq;
  • Elektron qaimə hazırlamaq;
  • Müqavilələri rəsmiləşdirmək;
  • Bank ödənişlərini həyata keçirmək;
  • Kassa sənədlərini tərtib etmək
  • ƏMAS-da əmək münasibətlərini rəsmiləşdirmək.

Lakin bu əməliyyatların nəzəri qaydalarını bilmək kifayət etmir. Əsas məsələ onları real iş şəraitində düzgün və müstəqil icra edə bilməkdir.

Bu təlimdə hansı bacarıqları əldə edəcəksiniz?

Mühasibat xidmətləri
  • Şirkətin qeydiyyatını elektron qaydada həyata keçirməyi, qeydiyyat üçün tələb olunan sənədləri hazırlamağı və qeydiyyatdan sonrakı prosedurları yerinə yetirməyi öyrənəcəksiniz;
  • ASAN İmza və elektron sertifikatlarla işləməyi, sertifikatın əldə edilməsi, yenilənməsi və elektron sənədlərin imzalanması prosesini mənimsəyəcəksiniz;
  • Vergi portallarında gündəlik əməliyyatları müstəqil aparmağı, vergi ödəyicisinin məlumatlarını idarə etməyi, fəaliyyət və obyekt qeydiyyatı, ƏDV qeydiyyatı, fəaliyyətin dayandırılması və bərpası kimi prosedurları icra etməyi öyrənəcəksiniz;
  • Onlayn kargüzarlıq sistemində daxil olan məktub, bildiriş və sorğuları izləməyi, vergi orqanları ilə elektron yazışmaları idarə etməyi bacaracaqsınız;
  • Alış-satış müqavilələri, elektron qaimələr, təhvil-təslim aktları və digər ilkin sənədləri düzgün hazırlamağı və rəsmiləşdirməyi öyrənəcəksiniz;
  • Bank əməliyyatlarını həyata keçirməyi, ödəniş tapşırıqları hazırlamağı, büdcə təsnifat kodlarından istifadə etməyi, yerli və xarici ödənişləri rəsmiləşdirməyi mənimsəyəcəksiniz;
  • Kassa əməliyyatlarını sənədləşdirməyi, mədaxil və məxaric orderləri, kassa kitabı, avans və ezamiyyə hesabatlarını hazırlamağı öyrənəcəksiniz;
  • Gəlir və xərclərin uçotunu vergi məqsədləri baxımından düzgün sənədləşdirməyi, müxtəlif fəaliyyət sahələri üzrə praktiki nümunələr əsasında tətbiq etməyi bacaracaqsınız;
  • ƏMAS sistemində işə qəbul, əmək müqavilələrinin rəsmiləşdirilməsi, müqavilələrə dəyişiklik edilməsi və xitam əməliyyatlarını həyata keçirməyi öyrənəcəksiniz.

Nəticədə, şirkətin qeydiyyatından gündəlik vergi, sənədləşmə, bank, kassa və əmək münasibətləri əməliyyatlarına qədər əsas proseslərin praktiki icrası üzrə bilik və bacarıqlar əldə edəcəksiniz.

Qeyd: Təlimdən maksimum fayda əldə etmək üçün mühasibatlıq üzrə ilkin biliklərə malik olmaq tövsiyə olunur. Proqram mühasibatlığın sıfırdan öyrədilməsi və ya peşəkar mühasib hazırlığı üçün nəzərdə tutulmayıb. (Mühasibat uçotu və 1C kursuna nəzər yetirə bilərsiniz)

Praktik mühasibatlıq və E-sənədləşmə kursu kimlər üçündür?

  • Mühasib və mühasib köməkçiləri
  • Sahibkar və fərdi sahibkarlar
  • Mühasibatlıq və sənədləşmə sahəsində çalışan inzibati işçilər

Kurs haqqında

  • Müddət: 16 saat
  • Format: onlayn, əyani

Tətbiq: İştirakçılar əməliyyatları öz kompüterlərində yerinə yetirirlər.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crm.amm.edu.az/muraciet

Kursun proqramı aşağıdakı kimidir:

1. Vergi sistemi ilə tanışlıq

  • taxes.gov.az saytı ilə tanışlıq;
  • new-taxes.az saytı ilə tanışlıq;
  • Asan imza nədir? Hardan, necə əldə etməli? İstifadə qaydaları;
  • Asan imza – Biznes sertifikatının online qaydada əldə edilməsi və vaxtının uzadılması;
  • Asandoc proqramı və istifadə qaydası;
  • Praktiki olaraq asandoc proqramı ilə sənəd imzalanması.

2. İlkin sənədlərlə tanışlıq, şirkət qeydiyyatı və hazır sənədlərin alınması

  • Hüquqi və fiziki şəxs anlayışı;
  • Hüquqi şəxsin elektron qeydiyyatı, qeydiyyatdan əvvəlki prosedurlar. Praktiki nümunələr;
  • Qeydiyyatdan keçiriləcək adın mövcud olub-olmadığını necə öyrənməli?;
  • Elektron imza olmadan adi qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası);
  • Adi qeydiyyat ərizəsi nədir? (Doldurulma qaydası);
  • Fiziki şəxsin elektron qeydiyyatı;
  • Şirkət yaratdıqdan sonrakı vacib işlər nələrdir?;
  • Təsisçi qərarı və digər hüquqi sənədlər;
  • Hüquqi şəxsin adının və direktorunun dəyişdirilməsi ərizəsi;
  • Praktiki olaraq təsisçi qərarlarının hazırlanması.

3. Vergi online kargüzarlığı

  • Fəaliyyət kodunun dəyişdirilməsi, yeni fəaliyyət kodunun əlavə edilməsi;
  • Fiziki (hüquqi) şəxsin məlumatlarında dəyişiklik edilməsi;
  • Təsərrüfat subyektinin (obyektin) qeydiyyata salınması;
  • Təsərrüfat subyektinin (obyektin) qeydiyyatdan çıxarılması;
  • Obyektin fəaliyyətinin bərpa edilməsi;
  • Fiziki şəxsin fəaliyyətinin dayandırılması;
  • Hüquqi şəxsin fəaliyyətinin dayandırılması;
  • Dövlət büdcəsinə borcun olub-olmaması barədə arayışın əldə edilməsi;
  • ƏDV qeydiyyatı ərizəsi;
  • Şəxsi Hesab Vərəqəsindəki məlumatların oxunma qaydasının izah edilməsi.

4. Alış və satışlar, ilkin sənədlərin hazırlanması, e-qaimə, YGB

  • Alqı-Satqı müqavilələrin hazırlanması;
  • Hesab-fakturaların hazırlanması;
  • E-Qaimələrin hazırlanması və təsdiqlənməsi;
  • EFP proqramının yüklənməsi və bu proqramın köməyi ilə qaimənin hazırlanması;
  • Təhvil-təslim aktlarının hazırlanması / Avtomatlaşdırılması;
  • Yük Gömrük Bəyannaməsi (YGB) / Mal kodunun alınması;
  • Yük Gömrük Bəyannaməsi (YGB) / İdxal və İxrac sənədlərinin hökümət portalından yüklənməsi;
  • Praktiki olaraq müqavilələrin hazırlanması.

5. Bank və kassa əməliyyatları

  • Bank hesablarının açılması / Tələb olunan sənədlər;
  • Mövcud bank hesablarından istifadə qaydası və bank əməliyyatları;
  • Ödəniş tapşırıqlarının hazırlanması / Ödəniş tapşırıqlarının avtomatlaşdırılması;
  • Büdcə təsnifat kodları və səviyyə kodları / Büdcə rekvizitləri;
  • İnternet bankinqdən istifadə;
  • Konvertasiya;
  • Valyuta əməliyyatları;
  • Xarici və yerli şirkətlərə ödənişlər;
  • Kassa çeki / Pul vəsaitinin nağdlaşdırılması;
  • Kassa əməliyyatları;
  • Kassa sənədləri;
  • Kassa kitabı / Yazılma qaydası;
  • Kassa Mədaxil Orderi / Doldurulma qaydası;
  • Kassa Məxaric Orderi / Doldurulma qaydası;
  • Təhtəlhesab şəxs;
  • Ezamiyyət / Ezamiyyət hesablanması;
  • Avans hesabatlarının tərtib edilməsi;
  • Praktiki olaraq kassa, ezamiyyə sənədlərinin və avans hesabatının tərtib edilməsi.

6. Gəlir və xərclərin uçotunun aparılması

  • İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
  • Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
  • Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
  • İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
  • Praktiki olaraq sənədlər ilə xərc sənədlərinin tərtibatı.

7. ƏMAS: Əsas əməliyyatlar və praktiki tətbiq

  • ƏMAS sistemi və istifadəçi səlahiyyətləri
  • Təşkilati struktur və ştat vahidləri üzrə əməliyyatlar
  • İşə qəbul və əmək münasibətlərinin rəsmiləşdirilməsi
  • Əmək müqavilələrinə dəyişikliklərin edilməsi və xitam əməliyyatları
  • Əmrlərin, reyestrlərin və hesabatların aparılması.
  • Məşğulluq altsistemi ilə bağlı əməliyyatlar.

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crm.amm.edu.az/muraciet


Əlaqə:


Ünvan: Caspian Plaza