Qadınlar Çin iqtisadiyyatını daha da zənginləşdirəcək

posted in: Xəbər | 0
birbank biznes

Çin qadınları növbəti 10 il ərzində istehlakın əsas hərəkətverici qüvvəsi olaraq, ölkə iqtisadiyyatını 5,3 trilyon dollar həcmində zənginləşdirəcəklər, “Bloomberg” agentliyi belə xəbər verir.

“UBS Global Research”in məlumatına görə, Çində istehlakın 80 faiz artması qadınların gəlirlərinin artması ilə əlaqədar olacaq. “Biz gözləyirik ki, son 20 ildə çinli qadınların təhsilində əhəmiyyətli irəliləyiş onların sosial vəziyyətinin və iş yerlərində statuslarının yaxşılaşmasına effektiv təsir edəcək”, hesabatda belə deyilir.

Onu da qeyd etmək lazımdır ki, Çində təhsil sektoru indi böyük təzyiqlərlə üzləşir. Xüsusilə, Çin hökuməti məktəbdənkənar təhsildən xilas olmaq istəyir ki, bu da çinlilərin yüksək akademik nailiyyətlərinə malik olmasına kömək etməklə yanaşı, 10 milyon iş yerini də təmin edir.

Eyni zamanda, “UBS” analitikləri yüksək təhsil səviyyəsinin istehlakın artmasına mənfi təsir göstərə biləcəyini düşünürlər: qadınlar öz gəlirlərinin böyük hissəsini xərcləməyərək, investisiya kimi istifadə edəcəklər. Çində qadınların maliyyə vəziyyətinin yaxşılaşması bir nəfərdən ibarət ev təsərrüfatlarının payının artması ilə yanaşı, ölkədə istehlak strukturunu da dəyişə bilər. Mütəxəssislərin fikrincə, insanlar ev heyvanlarına, sağlam qidalara və pivəyə daha çox pul xərcləyəcəklər.

Ev təsərrüfatlarında gözlənilən istehlakla əlaqəli sıçrayış o deməkdir ki, 2030-cu ildə Çin dünya istehlakının artımının təxminən 27 faizini təmin edəcək, ABŞ isə 19 faizini, “UBS” belə proqnozlaşdırıb.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email