Ezamiyyə xərclərinin normaları ilə bağlı qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Ezamiyyə xərclərinin normaları ilə bağlı qərarda kiçik dəyişiklik edilib

EzamiyyəEzamiyyə xərclərinin normaları haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9, maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592, № 6, maddə 1368) ilə təsdiq edilmiş 2 nömrəli Əlavə – “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinin 2-ci hissəsinə “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədrləri” sözlərindən sonra “, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti” sözləri və 3-cü hissəsinə “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavinləri” sözlərindən sonra “, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                          Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Bax:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email