Bu il qeydiyyata alınan vergi ödəyicilərinin sayı məlum olub

posted in: Vergi, Xəbər | 0

mühasibBu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 milyon manat artıq vəsait daxil edilib. (vergi ödəyicilərinin sayı, vergi ödəyiciləri)

Bu barədə nazir müavini Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, 11 ay ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 518 milyon manat çox olub.

“2019-cu ildə 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 milyon nəfər təşkil edib”, – nazir müavini qeyd edib.

S.Ələkbərov onu da bildirib ki, son 4 ayda kənd təsərrüfatı sahəsində uçotaalınma ilə bağlı da xeyli irəliləyiş olub: “Bu müddətdə 75 minə yaxın vergi ödəyicisi uçota alınıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına təsir göstərəcək”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi ödəyicilərinin sayı, vergi ödəyiciləri
Print Friendly, PDF & Email