Rezident müəssisə tərəfindən qeyri-rezidentə ödənilən cərimədən vergi tutulurmu?

posted in: Xəbər | 0
birbank biznes

qeyri-rezidentə ödənilən cərimə, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıRezident müəssisə ilə qeyri-rezident arasında bağlanmış müqaviləyə əsasən, xidmətlər göstərildikdən sonrakı 30 gün ərzində rezident müəssisə xidmətlərin dəyərini qeyri-rezidentə ödəməlidir. Müqavilənin şərtlərindən biri də ödənişin gecikdirilməsinə görə hər gecikmiş gün üçün müqavilə dəyərinin 0,1 faizi həcmində cərimənin ödənilməsidir. Bu müqavilə əsasında qeyri-rezidentə ödənilən cərimədən vergi tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 125.1.1 –125.1.4-cü, 125.1.6 – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrdən ödəmə mənəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Buna əsasən, qeyri-rezident tərəfindən göstərilən xidmətlərə görə ödənilməli olan məbləğin vaxtından gec ödənilməsi ilə bağlı qeyri-rezidentə ödənilən cərimə məbləği qeyri-rezident hüquqi şəxsin Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərinə aid edildiyindən cəriməni ödəyən rezident tərəfindən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilir.

Eyni zamanda rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 159-cu maddələri.

Mənbə: vergiler.az


Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və hamiləliyə görə müavinətlər


Print Friendly, PDF & Email