İstehsalat təqvimi 2024: Ramazan bayramı ilə bağlı dəyişikliklər

posted in: Xəbər | 0

İstehsalat təqvimi nədir?

hasib kadr işçilərinin tez-tez müraciət etdiyi istehsalat təqvimi il ərzində iş günlərinin sayı, həftə sonu istirahət günləri, iş günü sayılmayan bayram günləri və bu kimi digər məlumatları əks etdirir. Təqvimin məlumatlarından əməkhaqqı cədvəllərinin hazırlanması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin ödənilməsi, məzuniyyət məbləğlərinin müəyyən edilməsi zamanı istifadə olunur.

2024-cü il üçün istehsalat təqvimi 15 dekabr 2023-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilib.  Ümumiyyətlə, istehsalat təqvimi, şərhlərlə birgə, hər növbəti il üçün cari ilin sonuncu ayında qeyd edilən qurum tərəfindən hazırlanır, təsdiq edilir və dərc olunur. Bu normativ-hüquqi sənəd Əmək Məcəlləsinin  89-cu və 96-cı maddələrinin tətbiqini təmin edir.

2024-cü ili üçün istehsalat təqvimi hazırlanarkən  və “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 447 nömrəli qərarları da nəzərə alınıb.

2024-cü il üçün istehsalat təqvimini və vaxt normasını buradan yükləyin. 

Biznes hesabi

2024-cü il üçün istehsalat təqvimində qeyri iş günləri

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 1-ci və 2-ci hissələrində 15 bayram müəyyən edilib ki, bunlarda 12-si qeyri-iş gündür.

2024-cü il üçün istehsalat təqvimində aşağıdakı bayramlar qeyri-iş günü hesab edilir:

1, 2 yanvar      Yeni il bayramı;

8  mart            Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart     Novruz bayramı;

10, 11 aprel    Ramazan bayramı;

9  may            Faşizm üzərində Qələbə Günü;

28 may           Müstəqillik Günü;

15 iyun           Azərbaycan Xalqının Milli Qurtuluş günü;

26 iyun          Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

16, 17 iyun    Qurban bayramı;

8 noyabr        Zəfər Günü;

9  noyabr       Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

31 dekabr      Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

20-si ümumxalq hüzn günü, habelə 7 fevral tarixi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü də qeyri-iş günləridir.

Ramazan bayramı ilə bağlı dəyişikliklər

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, AR NK-nın yuxarıda qeyd edilən 2023-cü il 9 dekabr tarixli 448 nömrəli  qərarı ilə respublikamızın ərazisində  2024-cü ilin 10 və 11-i Ramazan bayramı günləri kimi müəyyən edilib.

İstirahət və bayram günlərindən səmərəli istirahət məqsədi ilə, Məcəllənin 105-ci maddəsinin yeddinci  hissəsinə uyğun olaraq, istirahət və qeyri-iş günlərinin yeri müvafiq icra hakimiyyəti orqanının qərarı dəyişdirilə bilər.

2024-cü ilin aprel ayının 12-nin bu şərtləri ödədiyini nəzərə alaraq AR NK müvafiq qərar qəbul edib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 24 fevral 2024-cü il tarixli 100 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, 2024-cü ilin aprelin 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günüdür. Şənbəyə təsadüf edən 6 aprel isə iş günüdür.

Vergi ödəyicisi fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı onlayn müraciət edə bilərmi?