Beynəlxalq avtomobil nəhəngi kütləvi ixtisarlara hazırlaşır

posted in: Xəbər | 0

Beynəlxalq avtomobil nəhəngi kütləvi ixtisarlara hazırlaşır.

Renault (Reno) beynəlxalq avtomobil nəhəngi, koronavirus pandemiyası səbəbi ilə baş verən böhran fonunda əməkdaşların kütləvi ixtisarları barədə anons verib. Bu haqda şirkətin saytında məlumat verilib.

Ümumilikdə, fransız korporasiyası üç il ərzində təxminən 15 min, o cümlədən öz vətəni Fransada 4,6 min əməkdaş sayını azaltmağı planlaşdırır. Şirkət əməkdaşları məcburi olaraq işdən azad etmək niyyətində deyil. İşçilərin pensiyaya göndərilməsi, könüllü işdən çıxarılması və işçilərin yenidən ixtisaslaşdırılması hesabına ştatları azaltmağı planlaşdırır.

İxtisarlardan başqa, Renault istehsal həcmini təxminən 20 faiz azaldaraq xərcləri optimallaşdırmağa hazırlaşır. Belə ki, qrup Mərakeş və Rumıniyada istehsalı artırmaq planlarından imtina edib. Şirkət həmçinin Rusiyada istehsal gücünü tənzimləmək imkanını nəzərdən keçirir.

İşçilərin işdən çıxarılması və istehsal həcmlərinin azaldılması, önümüzdəki üç il ərzində iki milyard avroya qənaət etmək, rəqabət qabiliyyətini bərpa etmək və uzunmüddətli inkişafı təmin etmək üçün Renault şirkətinin planının bir hissəsidir. Planın özünün həyata keçirilməsi şirkətə 1,2 milyard dollara başa gələcək. Ümumilikdə, şirkətdə dünyanın müxtəlif ölkələrində 180 min nəfər çalışır.

Avtomobil sənayesi koronavirus pandemiyası fonunda tələbatın güclü bir enişi ilə qarşılaşıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2020-ci ilin yanvar-aprel aylarında AB maşınlarına tələbat 38,5 faiz azalıb ki, bu da rekord bir göstəricidir. Avtomobil bazarının üç əsas ölkəsində – İtaliya, İspaniya və Fransada, demək olar ki, 50 faizlik güclü azalma qeydə alınıb. Almaniyada isə tələbat 30 faiz azalıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email