Rəqəmsal iqtisadiyyat mühasibat uçotunda (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Rəqəmsal iqtisadiyyat mühasibat uçotunda (II hissə)

I hissəyə nəzər yetirin

Mühasib artıq mühasibat uçotu aparan adi bir əməkdaş olmaqdan çıxıb. Son bir neçə il ərzində bu peşə eyni rəqəmsal texnologiyaların tətbiqi ilə kifayət qədər güclü şəkildə dəyişib. Yəni, nəzərdən keçirdiyimiz dəyişikliklər təkcə uçotun özünə deyil, həm də mühasibat peşəsinə aiddir.
Əksər alimlər hesab edirlər ki, rəqəmsal iqtisadiyyat şəraitində mühasibat və hesabat nəzəriyyəsinin modernləşdirilməsi sahəsində dəyişikliklərin əsas istiqamətləri aşağıdakılardır:
  • təşkilatın fəaliyyət sahəsinin uçotda əks olunmasının genişləndirilməsi;
  • uçotun keyfiyyətinin və operativliyinin artırılması;
  • yeni uçot obyektlərinin sayının müəyyən edilməsi və artırılması;
  • yeni uçot obyektlərinin qiymətləndirilməsi üçün yenilikçi metodların hazırlanması;
  • müxtəlif mühasibat növlərinin inteqrasiyasına yanaşmaların formalaşdırılması;
  • daha inkişaf etmiş yerli və xarici informasiya texnologiyalarından istifadə;
  • mühasibat uçotunun inkişafının nəzəri, metodiki və tətbiqi aspektlərinin işlənib hazırlanması.

Xüsusi diqqət intellektual insan kapitalı, müştəri bazası, innovativ məhsullar, ETTKİ nəticələri və s. kimi yeni uçot obyektlərinin qiymətləndirilməsi imkanlarının öyrənilməsinə yönəldilməlidir. Qeyri-iqtisadi xarakterli məlumatların mühasibat uçotu sisteminə cəlb edilməsi izlənilir. Onlayn texnologiyaları, açıq texnoloji platformalar, elektron məlumat-sorğu sistemləri, vahid beynəlxalq formatın yaradılması və XBRL elektron formada maliyyə hesabatlarının məzmunu kimi İT texnologiyalarının yeni inkişafı həyata keçirilir. Belə görünür ki, bu, müəssisənin daxili biznes proseslərinin və xarici mühitin vəziyyətini müəyyən edən məlumatların inteqrasiya olunduğu milli mühasibat uçotu sisteminin yaradılmasına imkan verəcək.

Bu gün ixtisaslı mühasib nəinki mühasibat uçotu metodologiyasını, həm də vergitutma sxemlərini, vergi planlaşdırmasının metodlarını, mülki və inzibati qanunvericiliyi bilməli, həmçinin bir və ya bir neçə sahədə mühasib kimi praktiki iş təcrübəsinə malik olmalıdır (istehsalat, tikinti, topdan-pərakəndə ticarət, xidmətlər, əyləncə biznesi, ictimai iaşə, sığorta biznesi və s.). Mühasibin bir və ya bir neçə ixtisaslaşdırılmış mühasibat proqramlarını bilməsi vacibdir. Bütün mühasibat uçotu kompüterinizin sabit diskində yerləşə bilir, onu yalnız bir kliklə idarə edə bilərsiniz.


III hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email