Rəqəmsal tipli iqtisadiyyatın mahiyyəti (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Rəqəmsal tipli iqtisadiyyat

İnformasiya cəmiyyətinin rəqəmsal iqtisadiyyatının inkişafı tendensiyaları və problemləri

1960-cı illərdə dünyanı bürümüş və bu günə qədər də davam edən rəqəmsal inqilab, rəqəmsal iqtisadiyyata keçidin və informasiya cəmiyyətinin formalaşmasının bünövrəsinə çevrilib.

Birinci mərhələdə, rəqəmsal inqilabın ortaya çıxmasının başlanğıcında, texnologiyaların və iş proseslərinin avtomatlaşdırılmasına keçid baş verdi. Sonra isə demək olar ki, sonsuz imkanlar açan İnternet yaradıldı. Mobil rabitə peyda oldu. İnternetin bütün dünya üzrə yayılması sosial şəbəkələrin və “messenger”-lərin inkişafına kömək etdi.

Nəticədə rəqəmsal texnologiyaların yayılması təkcə iqtisadi prosesləri deyil, cəmiyyətin həyat tərzini də dəyişdirə bildi. Bu gün, o, daha çox məlumat xüsusiyyətləri əldə edib.

İnformasiya cəmiyyətinin inkişafı rəqəmsal tipli iqtisadiyyatın qurulması və ümumi robotlaşma ilə sıx bağlıdır. Onun əsasını İKT-dən istifadə təşkil edir. Cəmiyyət üçün irəli sürülən və onu xarakterizə edən əsas tələblər aşağıdakılardır:

  • əməyin xarakterinin dəyişilməsi (intellektual, yaradıcı əməyin rolunun artırılması);
  • məşğulluğun xarakterinin dəyişilməsi (müasir İKT-lər vasitəsilə məsafədən çalışma);
  • təhsil səviyyəsinə və peşə ixtisasına olan ümumi tələblərin artırılması.

Bu gün bilik və məlumatlar, onları təqdim etmək bacarığı, vaxtında emal etmək və onlardan istifadə etmək qabiliyyəti daha çox dəyərləndirilir. Əməyin öz xarakteri və əmək münasibətləri dəyişir. Biznes-proseslər daha çox onlayna keçirilir, özü də bu cəmiyyət həyatının bütün sahələrinə aiddir.


I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email