ABŞ rəqəmsal xidmət vergisi üzrə təhlilə başlayıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ABŞ-ın dövlət borcu, işsizlik,Rəqəmsal xidmət vergisi tutulan ölkələrin arasında Türkiyə, İtaliya və İngiltərə də var. Türkiyə mətbuatının yazdığına görə, təhlil başa çatandan sonra adı çəkilən ölkələrdən ABŞ-a idxal edilən mallara əlavə gömrük vergisi tətbiq oluna bilər.

Rəqəmsal xidmət təchizatçıları tərəfindən təqdim olunan hər cür reklam xidmətlərindən tutulan rəqəmsal xidmət vergisinin dərəcəsi Türkiyədə 7,5 faizdir.

ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzerin bu mövzu ilə bağlı açıqlamasında bildirilib: “Donlad Tramp ticarət apardığımız ölkələrin şirkətlərimizi ədalətsiz şəkildə hədəf alan vergilər tətbiq etdiyini düşünür. Biz şirkətlərimizi və işçilərimizi bu cür ayrı-seçkilikdən qorumaq üçün zəruri olan bütün addımları armağa hazırıq”.

Qeyd edək ki, rəqəmsal xidmət vergisi “Apple”, “Google”, “Netflix”, “Spotify”, “Facebook”, “Instagram”, “Twitter” başda olmaqla bütün rəqəmsal xidmət təchizatçılarının göstərdikləri reklam xidmətlərindən tutulur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email