Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?

posted in: Xəbər | 0

ƏDV ödəyicisi olan rezident müəssisə qeyri-rezident hüquqi şəxsə rəqəmsal dizayn, İT sahəsində texniki dəstək, məlumatların emalı və bu kimi digər xidmətlər göstərir. Bu xidmətlər Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə aid edilirmi? Bu zaman ƏDV hansı qaydada hesablanmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində qeyd olunan xidmətlərin göstərilməsi zamanı ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab olunur.

Sorğuya cavab olaraq bildirilib ki, rezident müəssisə tərəfindən qeyri-rezidentə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində nəzərdə tutulan məsləhət, reklam və digər analoji xidmətlərin, habelə kompüter, internet və digər elektron şəbəkələr vasitəsilə xidmətlərin göstərilməsi xidmət ixracı hesab olunur və 0 (sıfır) dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi

Mühasibat xidmətləri

Mənbə: vergiler.az

Azərbaycanda 5 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb

error: Content is protected !!