Gömrük risk qiymətləndirməsini tam avtomatlaşdıracaq

posted in: Xəbər | 0
birbank biznes

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiDövlət Gömrük Komitəsinin tətbiq edəcəyi daha bir yeni layihəyə əsasən sərhədkeçmə əməliyyatları zamanı risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq.

Bu barədə “Report”a Komitədən bildirilib.

Qurumun Risklərin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyevin verdiyi məlumata görə yeni layihə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, Komitənin sərəncamında olan resursların daha riskli sahələrə yönləndirilməsinə, eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən risklərin idarəolunması sisteminin qurulmasına şərait yaradacaq. Eyni zamanda, bu yenilik Komitənin səlahiyyətlərinə aid edilən sərhədkeçməyə sərf olunan vaxtın azaldılmasını da özündə ehtiva edir ki, bu da “Doing Business” indeks göstəricisi üzrə ölkəmizin mövqeyinin gücləndirilməsinə təsir göstərən mühüm amildir.

Nəzərdə tutulan yeniliyin detallarına gəlincə isə sistem hər bir sərhədkeçmə əməliyyatı üzrə müəyyən olunmuş risk meyarlarına əsasən məlumatları emal edir. Onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik dərəcəsi üzrə xüsusi çəki verir və nəticədə aparılmış qiymətləndirməyə görə əməliyyatın riskli olub-olmaması ehtimalını müəyyən edir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq avtomatik şəkildə həyata keçiriləcək gömrük nəzarətinin forması müəyyənləşdirilir.

Qeyd edək ki, hal-hazırda layihənin tam şəkildə tətbiqi məqəsədilə texnoloji proseslərin işlənilməsi həyata keçirilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email