Əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə nəzarət gücləndirilib

posted in: Xəbər | 0
birbank biznes

MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarəti gücləndirib.

Bunu qurumun rəisi Orxan Nəzərli məlumat verib.

O, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzv şirkətlər üçün keçirdiyi növbəti görüşdə, “Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar: davamlı inkişafa xidmət edən vergi islahatları” mövzusunda çıxışı zamanı danışıb.

O. Nəzərli son illər vergi sistemində aparılan islahatlar, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması istiqamətində həyata keçirilən siyasət, haqsız rəqabətin qarşısının alınması, əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, leqal fəaliyyətin stimullaşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib, Palata üzvlərini ortamüddətli dövr üçün vergi sisteminin inkişaf strategiyası, həyata keçirilməsi nəzərdə tutulan vergi siyasətinin əsas istiqamətləri, Dövlət Vergi Xidmətinin rəqəmsal platformasının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün nəzərdə tutulan yeni elektron xidmətlər və rəqəmsal layihələr barədə məlumatlandırıb.

Rəhbərlik etdiyi qurumun sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu vurğulayan O.Nəzərli Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlığın dövlət, sahibkar və ictimaiyyət arasında dialoqa töhfə verəcəyinə əmin olduğunu bildirib.

Mənbə: report.az


Print Friendly, PDF & Email