Rusiya bankı əməkdaşlarının bir hissəsini dörd günlük iş həftəsinə keçirdi

posted in: Xəbər | 0
birbank biznes

“Sovkombank” 2022-ci ilin yanvar ayından əməkdaşlarının bir hissəsini dörd günlük iş həftəsinə keçirilməsi üzrə eksperimentə başlayıb. Bu haqda “RBK” nəşri xəbər verib.

Kredit təşkilatından nəşrə bildirilib ki, belə bir cədvəl bankın distant rejimdə işləməyi bacaran bek-ofisinin, eləcə də “Sovcombank Texnologiya” törəmə müəssisəsinin əməkdaşları arasında sınaq kimi tətbiq edilib. İl ərzində minə yaxın insan yeni formatı və iş qrafikini sınaqdan keçirəcək, filial əməkdaşları isə adi qaydada işləməyə davam edəcəklər.

“Sovcombank”ın idarəedici direktoru Anna Kambulova üç günlük istirahətlə işə keçidin maaşlara təsir etməyəcəyinə əmin edib. Beləliklə, eksperimentin nəticələrini təhlil etdikdən sonra dörd günlük iş formatının davam etdirilib-etdirilməməsi barədə qərar qəbul ediləcək.

Daha əvvəl “Rabota.ru” xidmətinin araşdırması göstərib ki, rusiyalıların əksəriyyəti (78 faiz) iş günlərinin həftədə dörd günə endirilməsinə müsbət yanaşır. Respondentlərin 47 faizi isə şirkətlərinin dördgünlük iş həftəsinə hazır olmasını mənfi qiymətləndirib.


Print Friendly, PDF & Email