Rusiyada dollardan imtinaya başlanılıb

posted in: Xəbər | 0
birbank biznes

borc, dollar, dolların hökmranlığı, Amerikalı zənginlər, qazanc,ABŞ-ın sanksiya təzyiqinin güclənməsi fonunda Rusiya tədricən dollardan imtina etməyə başlayıb. Ötən ilin dördüncü rübündə Rusiyanın ixrac hesablamalarında dolların payı ilk dəfə 50 dollardan aşağı düşüb və 48,3 faiz təşkil edib, halbuki bir il əvvəl göstərici 61 faizdən çox olub, Bloomberg belə qeyd edib.

Yaranmış vəziyyət daha çox Rusiyanın Çinlə ticarətinin artması ilə bağlıdır: dördüncü rübün yekununa görə həmin ticarətin 80 faizindən çoxu avro ilə aparılıb. Son aylarda Rusiya hakimiyyəti anti-Rusiya sanksiyalarının artan təhlükəsi fonunda iqtisadiyyatı Amerikanın müdaxiləsindən təcrid etməyə çalışır, agenlik belə qeyd edib.

Aprel ayının 15-də Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu məhdudlaşdırmaların bir hissəsi Rusiyanın dövlət borclarına toxunur. İyunun 14-dən Amerika şirkətlərinə Mərkəzi bank, milli rifah Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış Rusiya borc öhdəliklərini birbaşa əldə etmək qadağan ediləcək. Lakin onlar hələ də Rusiyanın dövlət istiqrazlarını təkrar bazarda ala və sata biləcəklər. Amerikalı investorlar və ekspertlər bu sanksiyaları çox yumşaq adlandırıblar.

Çin isə öz növbəsində Moskvanı dəstəkləməyə hazırlaşıb. ÇXR XİN-in nümayəndəsi Van Venbin bildirib ki, “dövlət suverenliyinin qorunması məsələsində ÇXR və Rusiya bir-birinə dəstək verəcək”. Eyni zamanda, Pekin ümid edir ki, Vaşinqton və Moskva konstruktiv dialoqa başlaya, fikir ayrılıqlarını qarşılıqlı hörmət prinsipləri üzərində aradan qaldıra bilərlər, – Van bəyan edib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email