Medvedyev: Rusiyada çox tezliklə dördgünlük iş həftəsinə keçiləcək

posted in: Xəbər | 0
birbank biznes

sənaye, vergi, işsiz, pensiya yaşı, əmək haqqı,Rusiyanın sabiq baş naziri, təhlükəsizlik Şurası sədrinin müavini Dimitri Medvedyev söyləyib ki, yaxın vaxtlarda Rusiyada çevik iş həftəsinə keçid baş verə bilər. Məsələn, dördgünlük iş həftəsinə keçid mümkündür.

Dimitri Medvedyev yeni normalar və çevik iş saatları ilə bağlı əmək qanunvericiliyinə düzəlişlərin təşəbbüskarıdır. Xüsusən, o, hələ keçən ilin sentyabrında dörd günlük iş həftəsinin həll olunmasını təklif etmişdi.

Bu təklif böyük diskussiyaya səbəb olmuşdu – təşəbbüsün həm tərəfdarları, həm də əleyhdarları tapılmışdı. Bu məsələ ilə bağlı müzakirə və mübahisələrə Əmək nazirliyi nöqtə qoydu, belə ki, məsələnin müzakirəsi zamanı iş həftəsinin müddətinin məcburi azaldılmasının özündə həm risklər daşıdığını, eyni zamanda müəyyən müsbət tərəflərinin olduğunu aydınlaşdırdı.

2020-ci ildə Dimitri Medvedyev dördgünlük iş həftəsinə keçidlə bağlı məsələni artıq təhlükəsizlik Şurası sədrinin müavini kimi şərh etmişdi. O qeyd etmişdi ki, əmək kodeksində məsafədən çalışma (distant işləmək) ilə bağlı məsələləri tənzimləmək lazımdır.
Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, dördgünlük iş həftəsi məsafədən çalışma ilə sıx bağlıdır.

Dimitri Medvedyevin şərhi (Komsomolskaya Pravda)

Belə çıxır ki,  “məsafədən”  çalışan şəxsin əməyindən işəgötürən tərəfindən, demək olar ki, gecə-gündüz istifadə edilə bilər. İnsanın istirahət etməsi və zamanın müəyyən hissəsisini ailəsinə həsr etmək, ailə  ilə bağlı işləri də yerinə yetirməsindən ötrü vaxtı olmalı, eləcə də artıq işlədiyi saatlar üçün ona ödəniş edilməlidir… Əgər insan məsafədən işləməklə bağlı əmək münasibətindədirsə, belədə iş həftəsi  də qısa ola bilər. Çevik iş həftəsi qrafikinə, dördgünlük iş həftəsinə  və ya digər bir qısadılmış iş rejiminə keçid çox güman ki, elə də uzaqda deyil. Lakin buna hazırlaşmaq lazımdır və düzgün əmək qanunvericiliyi yaratmaq lazımdır.

Müstəqil həmkarlar ittifaqları Federasiyasının sədr müavini Aleksandr Şerşukov da iş formatlarının və qrafiklərinin dəyişdirilməsi ilə bağlı öz şərhini verib. O qeyd edib ki, əmək qanunvericiliyi dəyişikliklərə ehtiyac duyur və 4 günlük iş həftəsinə keçmək imkanını təklif edib.

Aleksandr Şerşukovun şərhi (TASS agentliyi)

Məsafədən çalışmanın, distant işləmək prinsipinin inkişafı göstərdi ki, səkkiz saat ərzində ofisdən çalışmaq, heç də dəyişdirilməsi mümkün olmayan əmr və ya göstəriş deyil. Əksinə çox çevik, dəyişdirilməsi mümkün olan bir şeydir. Qəfildən aşkara çıxdı ki, evdən çalışmaq mümkündür. Əvvəllər isə heç kim belə bir işgüzarlıq formasını özləri üçün təsəvvür belə edə bilmirdilər.  Bir müddət sonra dördgünlük iş həftəsinə keçid imkanlarının da mümkün ola biləcəyi artıq heç kimdə şübhə doğurmur.

Məsələ onun olub-olmayacağı ilə əlaqəli deyil, çünki bu, çox güman ki baş verəcək. Əsas məsələ ondan ibarətdir ki, bu keçid çərçivəsində əmək haqlarının aşağı düşməsi baş verməsin. Bizim üçün başlıca məsələ, bax, budur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email