Rusiyada ən çox maaş verilən vəzifələr məlum olub

posted in: Xəbər | 0

Sahibkarların hüquqlarının müdafiəsi üzrə Rusiya prezidenti yanında müvəkkil Boris Titov, “RIA Novosti” agentliyinə ölkədə ayda bir milyon rubldan çox maaş almağın mümkün olduğu vəzifələri açıqlayıb. Onun sözlərinə görə, bu məbləğdə gəlirə iri şirkətlər və monopoliyaların top-menecerlərində, eləcə də xaricdə işləyənlərdə rast gəlinir.

“Rosstatı”ın məlumatına görə, Rusiyada 17 104 nəfər bir milyon rubldan çox əməkhaqqı alır. Onların arasında 9167 nəfər bir milyondan – bir milyon yarıma kimi, 5326 nəfər – bir milyon yarımdan üç milyon rubla kimi və 2609 nəfər – üç milyon rubldan çox maaş alırlar.

“Bir milyon rubl – bu, 12 min dollar edir. Avropa ölkələri və ABŞ standartlarına görə, bu bir o qədər də çox deyil. Hər şey nisbidir. Bu adamların arasında çoxsaylı xaricdə işləyənlər və əlbəttə ki, bizim monopoliyalar və iri biznes var. Yüksək vəzifələr – bu həm böyük məsuliyyətdir, həm də ixtisas deməkdir, inanın ki, heç bir biznes sahəsi və heç bir dövlət boş yerə çox pul təklif etməz, buna görə də belə maaşların olduğu sahələrdə bu, haqlı bir səviyyədir”, – Titov belə qeyd edib.

“Rosstat”ın məlumatına görə, bu cür maaşlara emal sənayesi, topdan və pərakəndə ticarət, maliyyə və sığorta fəaliyyətində, eləcə də elmi və texniki, informasiya və rabitə sahəsində rast gəlmək olur.

“Maaşların çox diqqətlə yoxlanılması lazım gələn sahələr – bu, infrastruktur monopoliyalarıdır. Biz uzun illərdir deyirik ki, inhisarçılarımızın xərclərinin optimallaşdırılması üçün ehtiyatlar var, bunun hesabına sənaye və əhali üçün tariflər nəinki artmamalı, hətta azaldılmalıdır. Bax, burada əməkhaqqının əsaslandırılmasını, necə deyərlər, əldə lupa ilə ölçmək lazımdır”, – ombudsman söyləyib.

O qeyd edib ki, top-menecerlər istənilən halda yaxşı pul qazanmalıdırlar, amma, eyni zamanda inhisarçılıq siyasətinin qalan iqtisadiyyata necə təsir göstərdiyinə diqqət yetirmək lazımdır.

Bundan əvvəl Plexanov adına Rusiya iqtisadiyyat universitetinin statistika kafedrasının dosenti Olqa Lebedinskaya vətəndaşa firavan həyat üçün nə qədər pul lazım olduğunu söyləmişdi. Əgər aprel ayında 45 yaşlı vətəndaşlar ayda 195 min rubl (2671 ABŞ dolları) almalı idilərsə, inflyasiya nəzərə alınmaqla sentyabr ayında bu məbləğ 205-210 min rubla (2808-2876 dollar) yüksəlib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun