Rusiyada qeydiyyata alınmış işsiz əhalinin potensial sayı demək olar ki, altı dəfə arta bilər. Bu haqda sosial siyasət İnstitutunun proqnozuna əsasən “İzvestiya” nəşri məlumat verib. İddia edilir ki, əvvəllər bir çox işsizlər müəyyən çətinliklər, məsələn, məşğulluq mərkəzində qeyd olunmağın zəruriliyi səbəbindən ora ilə əlaqə saxlamamağa üstünlük veriblər.
Nəşr tərəfindən rəyi soruşulan ekspertlər rəsmi olaraq işsizlərin və gəlirsiz qalmış vətəndaşların sayının artmasının ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyini söyləyiblər. O cümlədən, ölkə aşağı düşmüş işgüzar fəallıqla, ÜDM-in zəif artması və iqtisadiyyatın uzun müddət bərpa olunması ilə üzləşə bilər.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əmək bazarında vəziyyətin inkişafı ilə bağlı bir neçə proqnoz hazırlanıb. Oradan söylənildiyinə görə, büdcələr ən pessimist ssenari üzrə hazırlanıb. Lakin “hazırda vəziyyət hələ ki, elə də pis deyil”.