Rusiyada “Kütləvi qeydiyyata” görə cərimə və ya həbs

posted in: Ümumi, Xəbər | 0
birbank biznes

Rusiyada mühacirlərin kütləvi qeydiyyatına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsi işlənib hazırlanıb. Bu barədə buhgalteria.ru saytında məqalə yerləşdirilib. Qonşu ölkədə Azərbaycandan da yüz minlərlə insanın işlədiyini nəzərə alsaq, sözügedən qanunda hansı dəyişikliklərin nəzərdə tutulduğu bizlər üçün də mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin yazını oxucuların diqqətinə çatdırırıq.

Yaxın vaxtlarda Rusiya Dövlət Dumasında əcnəbi vətəndaşların müxtəlif ünvanlarda kütləvi qeydiyyatına görə cinayət məsuliyyətini nəzərdə tutan 286371-7№li qanun layihəsinə baxılacaq. Təklif edilən dəyişikliklər qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirmək məqsədi güdür.

Yeni dəyişikliklər “qanunvericilikdə olan boşluqları aradan qaldıracaq” və mühacirlərin kütləvi şəkildə qeydiyyata alındığı “rezin ofislər” adlandırılan yaşayış məntəqələrini qanundankənar elan etməyi nəzərdə tutur. Məsələn, qanun layihəsində nümunə kimi göstərilən sahəsi cəmi 34 kv metr təşkil edən “Vostok kadr mərkəzi”ndə 3300, “Zaşita” regionlararası həmkarlar təşkilatında isə 55000 əcnəbi vətəndaşı qeydiyyata alıblar. Bundan sonra belə yaşayış məntəqələrini təşkil edən vətəndaşlar  və hüquqi şəxslərə qarşı məsuliyyət nəzərdə tutulacaq. Qanun layihəsinin müəllifləri belə deyirlər: “Nəzərdə tutduğumuz təkliflər ilk növbədə Rusiya vətəndaşlarının maraqları və təhlükəsizliyinin müdafiəsinə yönəlib. Saxta qeydiyyatın qarşısının alınması, həm də Rusiya ərazisində  ekstremist və terror fəaliyyətinin qarşısının alınmasında mühüm rol oynayacaq”. Yeniliklər əsasən fəaliyyətdə olan qanunun müəyyən bəndlərinin dəyişdirilməsi ilə bağlı olacaq. Dəyişiklik edilməsi nəzərdə tutulan maddələrdə qeydiyyatla bağlı saxtakarlıq edənləri 100 000 rubldan 500 000 rubla qədər cərimə və ya üç ilədək həbs cəzası, vəzifə tutmaqdan məhrum olunması və digər tədbirlər nəzərdə tutulur.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email