Rusiyada pensiya yaşı martın 18-dən sonra artırılacaqmı?

posted in: Xəbər | 0
birbank biznes

Məlum olduğu kimi, martın 18-də Rusiyada prezident seçkiləri keçiriləcək. Yanvar ayının 15-də Vladimir Putin öz administrasiyasına və hökumətə büdcədə təhsil, səhiyyə və infrastruktur xərclərinin artırılması barədə göstəriş verib. Sözügedən məsələ ilə bağlı prezidentin yanında keçirilən müşavirədə iştirak edən federal məmurlara istinadən “Vedomosti” nəşri  məlumat verib.

Büdcə manevrlərinə 2018-ci ildə başlamaq nəzərdə tutulur. Mənbələrin təsdiq etdiyinə görə prezidentin bu göstərişi qeyri-rəsmi xarakter daşıyır. İslahat proqramını sabiq maliyyə naziri, strateji araşdırmalar mərkəzinin sədri Aleksey Kudrin hazırlayır. Hazırda maliyyələşdirmənin müxtəlif varinatları müzakirə olunur. Variantlardan biri – büdcə xərclərinin bölüşdürülməsini əhatə edir ki, bu zaman hüquq-mühafizə orqanları və nəzarət-təftiş aparatının ixtisarı da nəzərdə tutulur: hər iki sektor çox “şişirdilib”, optimallaşdırma ÜDM-in 1% həcmində qənaətə imkan verə bilər. Müdafiəyə ayrılan xərclərin azaldılması nəzərdə tutulmur. Digər bir pul mənbəyi kimi əhali kütləsi nəzərdə tutulur: vergilərin artırılması ilə bağlı  – ilk növbədə gəlir vergilərinin, eləcə də cah-cəlal əşyalarına olan aksiz vergisinin artırılması ilə əlaqədar müzakirələr gedir. Müşavirədə gəlirlərlə bağlı Putinə mütərəqqi əmsal şkalasının tətbiq olunması və səhiyyə xidmətlərinin vətəndaşlar tərəfindən maliyyələşdirilməsi təklif edilib. Eləcə də pensiya yaşının da artırılacağı istisna olunmur. Bundan əlavə, Kudrin həm də büdcə qaydalarının yumşaldılması tərəfdarıdır. Təşəbbüsün Rusiya mərkəzi bankının rəhbəri Elvira Nabiullina tərəfindən də dəstəkləndiyi bildirilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email