Rusiyada pensiya yaşının azaldılması proqnozlaşdırılır

posted in: Xəbər | 0
birbank biznes

işsiz,Rusiyada ölkədə işsizlik səviyyəsinin artması halında pensiya yaşı yenidən azaldıla bilər. Bu haqda “Praym” agentliyinə Plexanov adına Rusiya iqtisadiyyat universitetinin “İnsan kapitalının inkişafı” kafedrasının dosenti Fəridə Mirzəbalayeva məlumat verib.

Ekspertin sözlərinə görə, koronavirus epidemiyasından sonra ölkədə vakansiyaların sayı azaldıqda, belə bir tədbir məcburi xarakter daşıyacaq. Bu şəraitdə iş yerlərini pensiyaya çıxma ərəfəsində olan və dövlət tərəfindən müavinət ilə təmin olunmuş şəxslərdən fərqli olaraq, hələ özlərinə qazanc əldə edə bilməyən gənclərdən ötrü azad edilməsi nəzərdə tutulur.

“İşsizliyin yüksəlməsi şəraitində gənclərin işlə təmin olunmasına daha böyük şanslar vermək lazımdır. Düşünürəm ki, işsizlərin sayından asılı olaraq, 1,5-2 milyon adam vaxtından əvvəl pensiyaya çıxmağa ümid edə bilər”, Mirzəbalayeva belə təxmin edir.

O qeyd edib ki, pensiya yaşının azalması differensial və çevik olmalıdır. Lakin istənilən halda düzəlişlərin ola biləcəyini vurğulayıb. Bununla yanaşı, ekspert bildirib ki, çox güman ki, sözügedən dəyişiklikləri bu il gözləməmək lazımdır.

Bundan bir qədər əvvəl, may ayında Rusiya hökuməti pensiyaya vaxtından əvvəl çıxmağın şərtlərinin bir qədər yumşaldıla biləcəyi imkanlarını müzakirə etmişdi. Həmin müzakirələrdə bu ilin sonuna qədər fəxri istirahət yaşına üç il qalanlar, pensiyaya vaxtından əvvəl çıxmağa iddia edə bilərlər. Bu zaman ümumi iş stajı həmin məsələdə heç bir rol oynamayacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email