Rusiyada rekord sayda saxta dollar aşkarlanıb

posted in: Xəbər | 0
birbank biznes

Rəqəmsal dollar,Yanvar-mart aylarında Rusiyada xarici dövlətlərin 6080 ədəd saxta banknotları aşkar edilib. Onların 98,2 faizi ABŞ dollarıdır, əsasən də 2013-cü il buraxılışı olan 50 dollarlıq əskinaslardır. Rusiya Mərkəzi bankı belə bir məlumat verib.

Tənzimləyici bütün ötən il ərzində ölkədə yalnız 1730 ədəd saxta pul aşakarlamışdı, indiki səviyyəni isə rekord hesab etmək olar. Son dəfə bu həddə saxta pullar 2010-cu ildə aşkar edilmişdi. Ona qədər isə Rusiya Bankı belə bir statistikanı dərc etmirdi.

Daha çox saxta dollar, avro və yuanları banklar yanvar və fevral aylarında – müvafiq olaraq 1,5 min və 4,2 ədəd aşkara çıxarıb, mart ayında isə onların sayı kəskin şəkildə aşağı düşüb.

2020-ci ildə hər rübdə 300-500 saxta xarici pullar aşkar olunurdu. Rusiyanın öz əskinaslarına gəldikdə, həmin dövr ərzində hər milyon ədəd banknot sayına yeddi ədəd saxta əskinas aşkar edilib. Cari ilin birinci rübündə onların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz, illik ifadədə isə 12,8 faiz aşağı düşüb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email