Rusiyada sabiq Baş mühasib mühakimə olundu

posted in: Xəbər | 0
birbank biznes

Aviasiyaya Dövlət Nəzarəti Idarəsinin sabiq Baş mühasibi dələduzluğa görə mühakimə olundu.

Aviasiyaya dövlət nəzarəti idarəsinin keçmiş baş mühasibi Lyudmila Mozolyeva dələduzluqda ittiham olunaraq, iki il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb. Bu haqda 2018-ci il yanvarın 31-də Peterburq məhkəmələrinin birləşmiş mətbuat-xidməti məlumat verib. Belə ki, Sankt-Peterburqun Oktyabrskiy rayon məhkəməsi dələduzluqda ittiham edilən Lyudmila Mozolyeva barəsində hökmü elan edib.  Məhkəmə istintaqı zamanı məlum olub ki, sözügedən idarənin maliyyə-iqtisadi şöbəsinin rəisi və baş mühasibi işləyən Mozolyeva, faktiki fəaliyyət göstərməyən bir şirkətlə tərəfdaşlıq edib. O, saxta sənədlər tərtib edərək proqram təminatına görə, həmin fəaliyyətsiz şirkətə müəyyən məbləğlərdə pul köçürmələri edib. İşlədiyi dövlət nəzarəti idarəsində isə proqram təminatı ilə bağlı hər hansı bir iş görülməyib. Beləliklə, bu yolla aviasiyaya dövlət nəzarəti idarəsindən 400 000 rubl pul oğurlanıb. Sabiq baş mühasib öz təqsirini etiraf edib və məhkəmə onun barəsində iki il müddətində şərti azadlıqdan məhrumetmə ilə bağlı hökm çıxarıb. Qadının barəsində iki il ərzində sınaq müddəti təyin edilib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email