Rusiyada milyonlarla uşaq yoxsulluq həddinin altına düşüb

posted in: Xəbər | 0
birbank biznes

bank əmanətləri, itki, Rusiya iqtisadiyyatının itkiləri,2018-ci ilin məlumatlarına görə, Rusiyada hər beş uşaqdan biri (23 faiz) yoxsulluq həddinin altına düşüb. Milyonlarla uşaq yaşayış minimumundan aşağı gəlirləri olan ailələrdə yaşayır. Bu haqda Rusiya statistika komitəsinin (Rosstat) “Yoxsulluğun sosial-iqtisadi indikatoru” tədqiqatlarına əsasən RBK nəşri yazıb.

2018-ci ilin yekunlarına görə uşaqlar da daxil olmaqla, 18,4 milyon nəfər (12,6 faiz) yoxsulluq həddinin altında yaşayırlar. Uşaqlar arasında yoxsulluğun ən yüksək səviyyəsi (49,4 faiz) çoxuşaqlı ailələr kateqoriyasına və aztəminatlı kənd ailələrində yaşayanlara (40,6 faiz) düşür. Belə ailələrdə gəlir orta hesabla bir nəfər üçün ayda 7,5 min rubl təşkil edir.

Uşaq yoxsulluq səviyyəsi 2015-ci ildə kəskin şəkildə, 27,4 faizə qədər yüksəlsə də, sonradan azalmağa başlamışdı. Lakin pandemiyaya görə göstərici 2020-ci ildə qaçılmaz olaraq artacaq. Amma, pandemiya dövründə uşaqlı ailələrə ödənişlər itirilmiş gəlirlərin bir hissəsini kompensasiya edə bildi. Mütəxəssislər qeyd edirlər ki, Rusiyanın özəlliyi ondadır ki, işçi vətəndaşlar da yoxsulluq riski altına düşürlər. 2020-ci ilin yekunlarına görə yoxsulluğun səviyyəsi 13,8 faizə qədər artacaq, iqtisadçılar belə proqnozlaşdırırlar.

Rusiyada iyun ayının 1 – dən etibarən orta gəliri yaşayış minimumundan aşağı olan ailələrə üç yaşdan yeddi yaşadək olan uşaqlar üçün müavinətlərin ödənilməsinə başlanıb. Ödəniş məbləği ayda təxminən bir işaq üçün 5,5 min rubldur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email