Rusiyada vergi orqanları bank sirri sayılan məlumatları əldə edə biləcək

posted in: Xəbər | 0
birbank biznes

Rusiyada mühasib peşəsi, mühasib, mühasibat uçotu,Mart ayının 17-dən qüvvəyə minən qanun Rusiya Federasiyasının vergi orqanlarının bank məlumatlarını əldə etmək imkanlarını genişləndirir.

2021-ci ilin fevral ayında prezident Vladimir Putin tərəfindən imzalanmış yeni qanun kredit təşkilatları üzərinə öhdəlik qoyur ki, müvafiq müraciətdən sonra üç gün ərzində müştərilərin pasportlarının, hesabdakı vəsaitlər üzərində səlahiyyətlərin verilməsi ilə bağlı etibarnamələrin, hesabın açılması üçün ərizələrin və müqavilələrin, eləcə də imza nümunələri kartlarının surətlərini Federal Vergi Xidmətinə təqdim etsinlər.

Bununla yanaşı, yeni qanunun tələblərinə əsasən, banklar da benefisiar sahibkarlar, faydalananlar və müştərinin nümayəndələri barədə məlumatları müvafiq prosedurlar çərçivəsində vergi orqanlarına təqdim etməlidirlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email