Rusiya vətəndaşları 2022-ci ildən 4 yeni vergi ödəyəcəklər

posted in: Xəbər | 0
birbank biznes

2022-ci ildə Rusiya vətəndaşlarını dörd yeni vergi gözləyir. Xüsusilə, söhbət əmanətlər üzrə gəlirlərə vergi yığımlarından gedir.

2022-ci il yanvarın 1-dən etibarən ruslar Vergi məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar dörd yeni vergi ödəməli olacaqlar. Bu haqda “Konsultant Plyus” saytında məlumat verilib.

Əsasən, söhbət aşağıdakı vergilərdən gedir:

Vətəndaşların əmanətləri üzrə faiz qismində alınan fərdi gəlir vergisi. Bankda rublla əmanətləri olan rusiyalılar, ilin əvvəlində Mərkəzi bankın əsas dərəcəsini (4,25%) ötmüş əmanətlərin artımından 13 faiz gəlir vergisi ödəməli olacaqlar. Məsələn, əgər hər hansı bir şəxs il ərzində banka yerləşdirdiyi əmanətə görə 9 faiz gəlir əldə edibsə, Mərkəzi bankın dərəcəsi və depozit üzrə gəlirin dərəcəsi arasında 4,75 faiz fərq ortaya çıxır. Nəticə etibarilə, əmanət üzrə 9 faizlik gəlirdən 4,75 faiz çıxılmalıdır və yerdə qalan məbləğdən 13 faizlik gəlir vergisi tutulmalıdır.

Xarici valyutada olan əmanətlər üzrə gəlirdən tutulan vergi. Burada da hesablamalar əvvəlki halda olduğu kimi eyni prinsipə əsasən aparılır. Əsas odur ki, faizlərin ödənilməsi zamanı valyutanı Mərkəzi bankın məzənnəsi ilə Rusiya rubluna çevirəsən.

Pensiyaçıların əmanətlərinə görə dividendlər üzrə vergi. Ahıl vətəndaşlar da öz əmanətləri üzrə gəlir vergisi ödəməli olacaqlar. Bu il Dövlət Duması pensiyaçıları bu vergidən azad edə biləcək qanun layihəsini qəbul etməyib.

Bundan əlavə, vətəndaşlar miras qismində əldə olunmayan bank əmanəti və ya depozitindən də vergi ödəməli olacaqlar.


Print Friendly, PDF & Email