Sahibkar: “Gömrükçülər səhvən gələn yükə görə bəyannamə tələb edirlər”

posted in: Xəbər | 0
birbank biznes

Xaricdən səhvən Azərbaycana göndərilən yüklərin geri qaytarılması işləri çox yubanır və bəzən bu, 2-3 gün çəkir.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə keçirilən görüşdə “ARS Express & Logistics” MMC-nin (“FedEx Azerbaijan”) baş direktoru Sevda Xanməmmədova deyib.

Şirkət rəsmisinin sözlərinə görə, həmin yüklərə görə DGK-nin əməkdaşları bəyannamə tələb edirlər: “Anlamaq olmur ki, səhv gələn yükə görə niyə ödəniş etməliyəm?”

A.Əliyev sualın cavabında bildirib ki, bəzən fiziki şəxslər tərəfindən bilərəkdən səhv yüklər gətirilir. Lakin S.Xanməmmədova imtina edilmiş yüklərlə deyil, səhvən ölkəyə göndərilmiş yüklərlə bağlı məsələnin həllində DGK rəhbərliyindən yardım göstərilməsini xahiş edib.

Daha sonra isə DGK sədri Komitənin Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi Cavad Qasımova problemin araşdırılması və həll edilməsi ilə bağlı tapşırıq verib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email