“Sahibkar – Peşə Təhsili Əməkdaşlığı” adlı milli konfrans keçiriləcək

posted in: Xəbər | 0
birbank biznes

milli konfrans16 oktyabr 2018-ci il tarixində Bakıda “Dubai International” otelində  “Sahibkar – Peşə Təhsili Əməkdaşlığı” adlı milli konfrans keçiriləcəkdir.

Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və  Almaniya İqtisadi İnkişaf  Fondu (SEQUA GmbH) tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır.

2015-2018-ci illərdə icra olunan layihənin birinci mərhələsinin yekunlarına  dair   16 oktyabr 2018-ci ildə Bakıda  “Dubai International” otelində “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda hesabat konfransı keçiriləcək. Konfransda layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat veriləcək və xarici ekspertlərin iştirakı ilə  bu sahədə qabaqcıl beynəlxalq təcrübə əsas götürülərək  peşə təhsili sisteminin inkişafı yolları müzakirə olunacaq.

Tel:   (+994 12)  465 72 43 (daxili: 105)

Faks: (+994 12) 465 72 42

www.ask.org.az


09:00 – 9:30 Qeydiyyat
09:30 – 10:30 Açılış sessiyası
  • Məmməd Musayev,  Azərbaycan Respublikası Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, prezident
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
  • İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu
  • Almaniya Federativ Respublikasının Azərbaycanda Səfirliyi
  • Bildungswerk der Wirtschaft Mecklenburg-Vorpommern e.V.
10:30 – 11:30 Layihə nəticələrin təqdim edilməsi

 

  • Monitoring sisteminin təqdim edilməsı – İlqar Əsədov, ekspert
  • Azərbaycan layihə nəticələri və hədəf gpuplarının

faydaları  – Vüqar Zeynalov, ASK, vitse-prezident

  • “Öz biznesinə başla” və Sahibkarlıq təfəkkürünün formalaşması – Sədaqət  Qəmbərova, ekspert
  • Sahibkarlarla peşə təhsili arasında əlaqələlərin möhkəmlənməsi. Müəssisələrdə Açıq qapı günləri – Nurlan Guliyev, ekspert
11:30- 11:45 Coffee break
11:45 – 12:30 Çıxışlar:
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi
  • Azersun Akademiyası
  • Socar Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
  • F. Baxışov, ASK
 

12:30 – 13:00

 

 

Son sözlər:

Cənubi Qafqazda “Peşə təhsilinə dəstək” layihənin gələcəyi.

Vüqar Zeynalov,  Dirk Rönnecke/ Fock (BWMV e.V).

Konfransın bağlanması.

 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Print Friendly, PDF & Email