Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir

posted in: Xəbər | 0
birbank biznes

Sahibkarlıq subyektləri, bazar araşdırması, KOB subyektləri, idarəetmə keyfiyyətinin təmin olunması, biznes, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Sahibkarların Beynəlxalq Forumu, onlayn satış platforması, Vətəndaşa dəstək, KOBİA, vebinar, maliyyə kompensasiyası, KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müxtəlif dəstək tədbirləri və güzəştlərlə yanaşı, onların sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin artırılması da dövlət tərəfindən dəstəklənir. Bu məqsədlə KOB subyektləri, startaplar və biznesə başlamaq istəyən şəxslərə müasir çağırışlar nəzərə alınmaqla peşəkar təlimçi-ekspertlər tərəfindən təlim və məsləhət xidmətləri göstərilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla mərkəzlərdə və onlayn formatda biznesyönümlü təlimlər təşkil olunur.

Təlimlərdə iştirak ödənişsizdir. Sahibkarlıq subyektləri may ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən (https://bit.ly/3yekQAW) və ya KOBİM-lərin vahid internet saytından – www.kobim.az əldə edə bilərlər.

Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən keçirilən təlimlər biznesin planlaşdırılması və inkişafı, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və sair kimi istiqamətləri əhatə edir. Təlimlər KOB subyektlərinin ehtiyacları, eləcə də biznes sahəsində müasir çağırışlar və yeniliklər nəzərə alınmaqla planlaşdırılır. KOBİM-lər, həmçinin sahibkarlara fərdi və qrup halında məsləhət xidmətləri göstərir, biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə və maliyyə resurslarına çıxış istiqamətlərində və sair dəstək göstərir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email