Bu Sahibkarlıq Subyektləri Məcburi Auditdən azad edilir

posted in: Audit, Xəbər | 0
birbank biznes

SahibkarlıqBundan sonra dövriyyəsi 3.000.000 dan və ya İşçi sayı isə 50 nəfərdan az olan Məhdud Məsuliyyətli Cəmiyyətlər, yəni Mikro və Kiçik Sahibkarlıq subyektləri məcburi Auditdən azad olunacaqlar. Belə ki, 24.05.2019-cu il tarixli  Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mülki Məcəllənin  Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə ilə bagli 91-ci maddəsinin məcburi audit ilə bağlı hissəsində dəyişiklik edilmişdir:

91.4-cü maddənin birinci cümləsinə “cəmiyyət” sözündən sonra “(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddənin birinci və ikinci cümlələrində “hesabatının” sözü “hesabatlarının” sözü ilə əvəz edilsin;

Belə ki, dəyişiklikdən sonra məcburi audit tələbi bütün məhdud məsuliyyətli cəmiyyətlərə deyil, yalnız orta və iri sahibkarlıq subyektləri olan Məhdud Məsuliyyətli Cəmiyyətlərə şamil ediləcəkdir. Dəyişiklikdən sonra qeyd edilən maddə aşağıdakı kimi olacaqdır:

91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Həmçinin, Açıq Səhmdar cəmiyyətlərlə bağlı 99.2-ci maddədə aşağıdakı dəyişikliklər edilmişdir:

99.2-ci maddədə “mühasibat balansını” sözləri “maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri olan ASC-lər artıq məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borclu deyillər.

Mənbə: president.az


Bax: 

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email