Hansı halda satınalma açıq tender üsulu ilə aparılır?

posted in: Xəbər | 0

Malların (işlərin və xidmətlərin) satınalınmasının hansı metodla həyata keçirilməsi ilə bağlı təcrübədə müəyyən suallar yaranır. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.

Büdcə xərclərinin iqtisadi təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 440 nömrəli Qərarına uyğun aparılır. Büdcə təşkilatlarında malların (işlərin və xidmətlərin) satınalınması isə “Dövlət satınalmaları haqqında” Qanun 1.1-ci maddəsinə əsasən tənzimlənir.

Bu Qanunun 17-ci maddəsi malların (işlərin və xidmətlərin) dövlət satınalınmasının açıq tender və ya kotirovkalar sorğusu üsulları ilə aparılması şərtlərinin müəyyənləşdirir.

Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin müəyyən edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Q-12 nömrəli Qərarına uyğun olaraq tənzimlənir.

Misal: Tutaq ki, büdcə təşkilatının 2021-ci ildə büdcə üçün təsdiq olunmuş xərclər smetasının “Dəftərxana və təsərrüfat xərcləri” maddəsində 47.650 manat, cari il üçün təsdiq olunmuş büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetası üzrə isə qeyd olunmuş eyni xərc maddəsi üzrə 3.600 manat nəzərdə tutulub. Bu halda malların (işlərin və xidmətlərin) satınalınması dövlət satınalınmanın hansı metodu üzrə aparılmalıdır?

Suala cavab tapmaq üçün ümumi məbləği bilmək lazımdır:

47.650 + 3.600 = 51.250 manat.

Q-12 nömrəli Qərarın 1-ci bəndinə əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 min manat müəyyən edilib. Büdcə təşkilatında isə bu rəqəm 51.250 manat təşkil edir.

Beləliklə, bu məbləğ Qərarda qeyd edilən məbləğı keçdiyi üçün satınalma açıq tender üsulu ilə aparılmalıdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *