Sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizmi təkmilləşdiriləcək

posted in: Xəbər | 0
birbank biznes

vergi mexanizmi“Nəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində nəqliyyatın orta istismar müddətinin təxminən 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanır”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov “Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

“Hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm sərnişin marşrutlarında fəaliyyət göstərən sahibkarları öz nəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər görüləcək”, – deyə H. Həsənov vurğulayıb.

H. Həsənov əlavə edib ki, sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır: “Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə verginin tam həcmdə və vaxtında yığılmasının təmin olunması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email