İşdə sərxoş işçi
Sərxoş işçi işəgötürənə iş yerində ciddi problemlər yarada bilər, avadanlıqları yararsız hala gətirməklə yanaşı və daha pisi özünə, iş yoldaşlarına xəsarət yetirməklə həyat təhlükəsi yarada bilər. Odur ki, belə hallara işəgötürən operativ müdaxilə etməlidir. Nəzər almaq lazımdır ki, sərxoş halda iş yerində görünmək əmək müqaviləsinə xitam verilmək də daxil olmaqla (AR Əmək Məcəlləsi, maddə 70-ç) inzibati məsuliyyət yaradır.
İçkili içki öz əmək funksiyalarını yerinə yetirə də bilmir. Əmək Məcəlləsinin 72-b maddəsinə görə belə vəziyyət əmək vəzifələrinin kobud sürətdə pozulması hesab edilir.
AR ƏM, maddə 72: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; |
İşəgötürənin sərxoş işçini dərhal işdən azad etmək istəyi başa düşüləndir. Eyni zamanda, müəyyən səbəblərdən (məsələn, işçinin yüksək peşəkarlığı, onun karyerasında bunun birinci dəfə baş verməsi və sair) işəgötürən işçiyə Məcəllənin 186 maddəsinə uyğun digər intizam tənbehi tətbiq edə bilər. İstənilən halda, sərxoşluğun təyin edilməsi və işçini uyğun intizam tənbehinə cəlb etmək üçün müəyyən prosedura əməl etmək vacibdir.
İçkili işçinin intizam tənbehinə cəlb etmənin əsasları
Sərxoş işçinin işdə görünməsi əmək vəzifələrinin kobud formada pozulması hesab edilsə də, bu səbəbdən işçinin intizam tənbehinə cəlb edilməsi üçün iki vacib şərt yerinə yetirilməlidir:
1-ci şərt. İşçi iş yerində sərxoş vəziyyətədir, yəni:
- birbaşa iş yerində; yaxud,
- işəgötürənin ərazisində (məsələn, müəssisənin giriş – yoxlama məntəqəsində); yaxud,
- işçinin işəgötürənin adından işlədiyi yerdə (məsələn, ezam olunmuş işçi podratçının tikinti sahəsində) sərxoş vəziyyətdə gəlib, yaxud işə gəldikdən sonra alkoqollu içki qəbul edib.
2-ci şərt: Həmin şəxs müəssisənin iş saatlarında deyil, özünün iş vaxtında sərxoş olub. Məsələn, işəgötürən iş yerindən (növbədən) yaşayış yerinə gedərkən hava limanında, qatarda, hər hansı digər nəqliyyat vasitəsində sərxoş vəziyyətdə olan işçini işdən çıxara bilməz. Bunu istirahət günlərində, məzuniyyətdə müəssisənin binasına gələn içkili işçilərə də aid etmək olar.
İşçinin iş yerində sərxoş olması faktını qeydə alınması
İlk növbədə sübutlar əldə etmək lazımdır: şahidlərin (həmkarlarının, birbaşa rəhbərlərin, müştərilərin və s.) məlumat və təqdimatları, video çəkilişlər və s. belə sübutlar sayıla bilər.
Sərxoş işçi barədə həmkarının izahatı nümunəsi formasını yüklə
Toplanmış sübutlar əsasında içkili işçinin əmək intizamını pozması faktı qeydə alına bilər. Bunun üçün əmək intizamının pozulduğu struktur vahidinin rəhbəri məlumat hazırlayır.
Rəhbər şəxsin sərxoş işçi barədə məlumat nümunəsi yüklə
İşçinin müəssisədə sərxoş olması faktını sənədləşdirmək üçün müvafiq akt tərtib etmək məqsədilə işəgötürənin əmri ilə xüsusi komissiya yaradılır. Əmrdə aşağıdakılar öz əksini tapır:
- komissiyanın yaradılma tarixi və məqsədi;
- Komissiya üzvlərinin adı və vəzifələri;
- komissiyanın səlahiyyətləri və onun etibarlılıq müddəti;
- üzvlərin əmri ilə tanış olduğunu təsdiq edən imzalar.
Eyni zamanda işçiyə tibbi müayinədən keçmək barədə yazılı təklif hazırlanır. İşçi təkliflə tanış edilir və bu onun imzası ilə təsdiqlənməlidir. İşçinin tibbi müayinədən imtinası aktlaşdırılır.
Sərxoş işçinin işdən kənarlaşdırılması və ona inzibati tənbehin tətbiq edilməsi toplanmış sənədlər (izahatlqr, məlumat, komissiyanın aktı və sair) əsasında tərtib edilir.
Sərxoş işçi barədə tərtib edilmiş akt formasını yüklə
İşçidən sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində alkoqollu içkiləri qəbul edərək sərxoş vəziyyətdə olması haqqında izahat almaq da lazımdır. Bu içkili işçiyə hansı inzibati tənbehin tətbiq edilməsi üçün də önəmlidir. O, izahat verməkdən imtina edərsə, bu haqda akt tərtib etmək olar.