Qənaətə doğru ilk addımlar. Şəxsi büdcəni necə planlaşdırmalı?

posted in: Xəbər | 0
birbank biznes

Qənaətə doğru ilk addım – bu, büdcənin savadlı planlaşdırılmasıdır. Onsuz arxaya nə vaxt, nə nə qədər pul saxlamaq lazım olduğunu anlamaq çətindir. Bəs nədən başlamalı? (şəxsi büdcə)

Birinci addım: gəlir və xərclər uçotunun aparılması

Gəlir və xərclərin uçotu olmadan siz nə qədər qazandığınızdan və məsrəf etdiyinizdən (ən başlıcası isə nəyə xərclədiyinizdən) baş çıxara bilməzsiniz. Əksəriyyət çox vaxt heyrətlə aşkar edir ki, onlar düşündüklərindən daha çox qazanırlarmış. Belə ki, əlavə qazanclar da, məsələn, vergi tutulmalarından geri qaytarılma, pul hədiyyələri, əmanətlər üzrə faizlər və s. Adətən belə pullar nəzərə alınmır, deməli, sizin məqsədinizdən ötrü xərclənmir, sadəcə harasa gedir.

Xərclərə gəldikdə, burada vətəndaşlar qəfildən olduqca lazımsız əşyalara iri məbləğlər sərf etdiklərini öyrənirlər: zərərli vərdişlərdən tutmuş, səhərlər kofe içməyə qədər.

Gündəlik uçotu smartfonun xüsusi əlavəsində aparıla bilər, ayda bir dəfə isə məlumatları Excel cədvəlində qeyd edilə bilər. Zamana gəldikdə bundan ötrü gündə bir neçə dəqiqə, ayda bir dəfə məlumatları yazmaqdan ötrü isə 15 dəqiqə vaxt kifayətdir.

İkinci addım: ilin planlaşdırılması

“Tez-tez belə ibarələr eşidilir: “Yığıram, toplayıram, sonra isə hökmən fors-major baş verir və bütün yığımım xərclənir”. Lakin, daha ətraflı nəzərdən keçirdikdə, aşkara çıxır ki, bunlar heç də gözlənilməz xərclər deyil və həmin məsrəfləri əvvəlcədən planlaşdırmaq da olardı.

Xərclərinizi aylar üzrə qeyd etmək tövsiyə edilir. “Aylıq xərcləri siz çox güman ki, çətinlik çəkmədən xatırlayacaqsınız, bəs, orta müddətli xərclərə gəldikdə, necə? İdman zalına yeni abonomenti hansı ayda almaq lazımdır? Bəs siz məzuniyyətə nə vaxt gedirsiniz? Uşağı məktəbə yola salmaq üçün sizə nə qədər pul lazımdır?  Bir ay üçün xərclər çox olmayacaq ki?”

Bu suallara cavab verin, sonra bütün orta müddətli xərcləri aylar üzrə yazın və üzərinə aylıq məsrəfləri əlavə edin. Belədə siz nəyə və nə vaxt pul lazım olacağını öncədən biləcəksiniz.


2-ci hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
şəxsi büdcə
Print Friendly, PDF & Email