Qənaətə doğru ilk addımlar. Şəxsi büdcəni necə planlaşdırmalı? (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

yaşayış minimumu, şəxsi büdcə,Qənaətə doğru ilk addım – bu, büdcənin savadlı planlaşdırılmasıdır. Onsuz arxaya nə vaxt, nə nə qədər pul saxlamaq lazım olduğunu anlamaq çətindir. Bəs nədən başlamalı? (şəxsi büdcə)

2-ci hissəni oxumaq üçün keçidə daxil olun

Beşinci addım: düzgün bölüşdürmə

Əmək haqqı aldığınız gün ilk işiniz məcburi yığıma pul yönəltmək olsun və zəruri mallar və xidmətlər üçün ödəniş edin: mənzilin icarəsi, kommunal xərclər, kredit və s. və ilax. Yerdə qalan məbləğ isə yaxın iki həftə ərzində sizin dolanışığınız üçün olan puldur. Bura ərzaqlara, əyləncəyə, nahar və digər məsrəflər daxildir.

Bu minvalla siz zəruri olan yığım üçün arxaya pul ata bilərsiniz, aylıq xərclər isə yerdə qalan məbləğ limiti ilə məhdudlaşır.

Altıncı addım: kiçik məbləğlərə sevgi

Biz əksər vaxtlarda gəlirlərdə və yığımlarda kiçik məbləğlərin gücünü dəyərləndirə bilmirik. Adətən elə də böyük olmayan əlavə gəlirlər böyük həzz doğurmadan elə gəldikləri kimi də çox böyük sürətlə və asanlıqla uçub gedir.

“Özünüzü kiçik məbləğləri dəyərləndirməyə və onları dərhal öz “məqsədinizdən” ötrü yığıma yönəltməyə vərdiş etdirin.  Cashback (bank kartı – bu, xərclənmiş məbləğin müəyyən faizinin alıcının hesabına qaytarılmasını nəzərdə tutan xidmətdir) əldə etmisiniz – həmin məbləğləri məzuniyyət kimi məqsədli bir hədəf üçün geriyə atın. Əlavə işə görə müəyyən məbləğ əldə etmisiniz – bundan avtomobilinizi texniki xidmətdən keçirmək üçün istifadə edin” – Anna Zaikina belə tövsiyə edir.

Onun sözlərinə görə, büdcəni səmərəli şəkildə qurmağa və pul yığımı etməyə yardım edən maliyyə planlaşdırılması ilə bağlı lifehack-lər kifayət qədərdir. “Onları sınaqdan keçirin və sizə hansı uyğun gəlirsə, onu da seçin. İstənilən işdə ən mürəkkəb olanı – bu, bir işə başlamaqdır. Sonra isə həmin işlə nə qədər çox məşğul olsanız, sizə bu məsələ daha da asan gələcək. Yadda saxlayın: büdcənin planlaşdırılması və optimallaşdırılması – bu birdəfəlik təqdimat və ya bir insanın ehtiyac duyduğu, digərinin istəmədiyi bir şey deyil. Dərk etmək lazımdır ki, şəxsi maliyyə məsələləri ilə iş – bu, sağlam həyat tərzinin fiziki və psixoloji sağlamlıqla yanaşı ayrılmaz hissəsidir”.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
şəxsi büdcə
Print Friendly, PDF & Email