Koronavirus səbəbindən Sinqapur hökuməti ƏDV artımını ləğv edib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Koronavirus epidemiyasının yayılmasının iqtisadiyyata olan mənfi təsirləri Sinqapur hakimiyyətini ƏDV artımını ləğv etməyə məcbur etdi. Hökumətin sözügedən məsələ ilə bağlı qərarını baş nazirin müavini və maliyyə naziri Hen Svi Kit bəyan edib.

“İqtisadiyyatın mövcud vəziyyətini nəzərə alaraq dövlətin gəlir və xərclərini qiymətləndirdikdən sonra gələn il 9% vergi artımının ləğv edilməsi qərara alındı”, – onun fevralın 18-də parlamentdə etdiyi çıxışı TASS agentliyi yayıb.

Sinqapurda ƏDV 7% səviyyəsində qalacaq və epidemiya nəticəsində yaranan zərərlərlə əlaqədar bir sıra iqtisadi sahələrə vergi güzəştləri veriləcəkdir. Beləliklə, Çangi hava limanı daşınmaz əmlak vergisinə görə 15%, otellər isə 30% endirim alacaq.

Bundan bir qədər əvvəl isə  Sinqapur səlahiyyətlilərinin Çindən qayıtdıqdan sonra ev karantininə əməl etməyən adamlara cəza tətbiq etdikləri məlum olub.  Burada cərimələrdən və hətta yarım il müddətinə həbslərdən söhbət gedir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email