Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!

posted in: Xəbər | 0
birbank biznes

Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!


Bildiyiniz kimi, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən insanların kütləvi toplaşması tövsiyə olunmur. Bu səbəbdən Kapital Bank-ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştərilər üçün xüsusi şərtlər tətbiq edilir.
Belə ki, 8 aprel 2020-ci il tarixindən Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un bankomatlarından 2 ay ərzində komissiyasız nağdılaşdıra biləcəklər. Tranzaksiyalar üzrə bütün xərclər Kapital Bank tərəfindən ödənilir.
Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək olacaq. Kapital Bank-ın bütün bankomatlarında hər gün müvafiq dezenfeksiya işləri aparılır. Həmçinin ölkə üzrə Kapital Bankın ödəniş kartları vasitəsilə pensiya alan müştərilərin məmnuniyyətini artırmaq məqsədilə yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır.
Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyondan artıq ödəniş kartı vardır. Bu ödəniş kartları ilə onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. Kapital Bankın ölkə üzrə 800-dək bankomatı, 10 000-dək POS terminalı vardır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bax:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email