“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

Sosial sığorta“ Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “ Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Bax: Yaşayış minimumu və ehtiyac meyarının məbləğləri artırıldı

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə uyğun olaraq, artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydasını üç ay müddətində təsdiq etsin;

1.4. həmin Qanunun 14.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “ Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində:

2.1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasına uyğun olaraq, hesabatın formasını müəyyən etsin;

2.1.2. həmin Qanunun 13.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını müəyyən etsin;

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

2.2. həmin Qanunun 13.4-cü maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydasını müəyyən etsin;

2.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

4. “ Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “ Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”;

4.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

“2.1-1. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 13.3-cü maddəsində (ikinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.1-2. həmin Qanunun 19.1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”;

Bax: İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsi ləğv edilib

4.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 9-1.2-ci və 14.7-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.4. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”;

4.5. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 9-1.2-ci maddəsində, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 12-ci (hər iki halda) və 13.1-ci maddələrində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (hər iki halda), 13.4-cü, 14.7-ci maddələrində, 15-ci maddəsinin iyirmi üçüncü abzasında, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 19.1-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 28-ci maddəsinin birinci hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.6. aşağıdakı məzmunda 2.4-1– 2.4-4-cü bəndlər əlavə edilsin:

“2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə və vergi orqanlarının işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.4-2. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.4-3. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazaları nəzərdə tutulur;

2.4-4. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri və vergi orqanlarının işçiləri nəzərdə tutulur;”;

4.7. 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

“2.6. həmin Qanunun 15-ci maddəsinin iyirmi üçüncü abzasında “qurum” dedikdə Mənəvi Dəyərlərin Təbliği Fondu nəzərdə tutulur.”;

4.8. 3-cü hissə ləğv edilsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “ Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2018-ci il.

Faylı yükləyin: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Bax: Sənədsiz mal qalığına görə cərimədən azad olunurlar – 6%-lik Sadələşdirilmiş Vergi ödəyicilərinə böyük güzəşt!


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email