fbpx

Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

posted in: Xəbər | 0

publik hüquqi şəxslər, e-təyinat, sosial təminat növü, İşəgötürən , iş vaxtının növləri, Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə təyinatın elektronlaşdırılması təmin edilib. (sosial təminat növləri)

Onlar aşağıdakılardır:

  1. Yaşa görə əmək pensiyası;
  2. Əlilliyə görə əmək pensiyası;
  3. Uşağın doğulmasına görə birdəfəlik müavinət;
  4. Sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət;
  5. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa görə Prezidentin   aylıq təqaüdü;
  6. Əlilliyə görə aylıq müavinət;
  7. Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü;
  8. 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdü;
  9.  I dərəcə əlilliyə görə müavinət hüququ olanlara Prezidentin aylıq təqaüdü;
  10.  I dərəcə əlilliyə görə pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü;
  11. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) aylıq müavinət;
  12. Müharibə əlillərinin uşaqlarına aylıq müavinət;
  13. 20 Yanvar əlillərinin uşaqlarına aylıq müavinət;
  14. Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinət;
  15. Fəxri adlara görə Prezidentin aylıq təqaüdü;
  16. Prezidentin fərdi təqaüdü;
  17. Şəhidin uşaqlarına aylıq müavinət;
  18. Şəhid ailəsi üzvlərinə aylıq müavinət;
  19. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət;
  20. Şəhid ailəsi üçün Prezidentin təqaüdü;
  21. Yaşa görə müavinət.

Bu sosial təminat növlərinin elektronlaşdırılması il ərzində pensiya, müavinət və təqaüdlər  üzrə 200 minədək təyinatın  elektron şəkildə, proaktiv qaydada, yəni vətəndaşların hər hansı bir ünvana getmələrinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçirilməsinə imkan verir.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial təminat növləri
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!