Hindistan hökuməti spirtli məhsulların pərakəndə satış qiymətinin 70%-i həcmində vergi tətbiq edib. Bu haqda Reuters agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, buna səbəb ölkədə şərab mağazalarının açılmasından sonra alıcılardan ibarət böyük növbələrin yaranması, eləcə də sosial məsafə tədbirlərinə əməl olunmamasıdır. Hindistanda spirtli içkilr satılan mağazalar may ayının 4-dən yenidən fəaliyyətə başlayıblar.
Hakimiyyət ehtiyat edir ki, alıcıların toplaşması üzündən yaranan növbələr zamanı koronavirusun yayılması riski yenidən baş qaldıra bilər.
“Təəssüflər olsun ki, Dehlinin bəzi mağazalarında əsl xaos yaşanır… Əgər biz istənilən rayonda sosial məsafəyə əməl olunmaması və ya digər normaların pozulması halları ilə bağlı məlumat alsaq, onda həmin rayonu bağlamaq və yenidən orada karantin rejimini tətbiq etmək məcburiyyətində qalacağıq”, – Dehli administrasiyasının başçısı Arvind Kyrival belə bəyan edib.