Biz mühasiblər hesablamalar zamanı daha çox sığorta stajı ilə rastlaşırırıq. Amma müəyyən hallarda stajın digər növləri də tələb oluna bilər. Staj müxtəlif ödənişlərin, sosial müavinətlər və təqaüdlərin hesablanması üçün vacib göstəricidir. Praktikada onun fərqli növləri istifadə olunur ki, bu da hesablama zamanı dolaşıqlıq yarada bilər.
Staj növləri
Stajın aşağıdakı beş növünü fərqləndirə bilərik:
- sığorta stajı;
- əmək stajı;
- fasiləsiz staj;
- xüsusi əmək stajı;
- ixtisas üzrə stajı.
Pensiyaları, xəstəlik vərəqi üzrə ödənişlər, analıq məzuniyyətini və digər müavinətləri hesablamaq üçün bir qayda olaraq sığorta stajından istifadə edilir.
Ümumi iş stajından hesablamalarda az istifadə olunur, müəyyən işçilərə ödənişlərin, müavinətlərin təyin edilməsi və sosial müavinətlərin hesablanması üçün fasiləsiz, xüsusi və ixtisas üzrə iş stajı lazım gələ bilər.
İş stajı elektron informasiya sisteminin (“Əmək və məşğulluq“ altsistemi (ƏMAS)) məlumatları, əmək kitabçası yaxud işəgötürənin sənədləri ilə təsdiqlənir.
Staj növləri necə tətbiq olunur?
Stajın növü | Necə tətbiq olunur |
Sığorta stajı | Bütün işçilər üçün müavinət və pensiyaları hesablamaq üçün |
Əmək stajı | 1 yanvar 2002-ci ilə qədər yığım fonduna əlavələrin hesablanması üçün |
Fasiləsiz iş stajı | Ayrı-ayrı işçilərə ödənişlər və müavinətlər təyin etmək üçün, məsələn səhiyyə işçiləri üçün fasiləsiz əməyə görə əlavə haqq hesablanan zaman |
Xüsusi staj | İmtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən iş stajı |
İxtisas üzrə staj | Ayrı-ayrı işçilər üçün müəyyən vəzifədə və ya müəyyən bir peşədə işlədiyi vaxtı hesablamaq üçün |
Sığorta stajı
Sığorta stajı şəxsin rəsmi işlədiyi və onun üçün sığorta haqlarının ödənildiyi vaxtdır. Bəzən sığorta stajını əmək stajı adlandırırlar. Əmək və sığorta stajı üst-üstə düşməyə bilər. Belə ki, işəgötürən hansısa səbəbdən işçi üçün sığorta haqqını ödəməzsə bu stajlar fərqli olacaq. Sığorta stajı əksər hallarda pensiyaların, əmək qabiliyyətinin itirilməsi (xəstəlik vərəqinə əsasən), analıq məzuniyyəti və s. hallarda müavinətlərin hesablanması üçün istifadə olunur.
Əmək stajı
Əmək stajı işçinin əmək fəaliyyətinin ümumi müddətidir. Onun müəyyən edilməsi AR NK «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə əsasnamə”-yə uyğun iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən aparılır.
Fasiləsiz iş stajı
Fasiləsiz iş stajı bir işəgötürən üçün fasiləsiz və ya müxtəlif işəgötürənlər üçün, əgər birindən digərinə keçərkən işçi “işsiz” günlər həddini keçməmişdirsə, iş müddətidir. Son vaxtlar yalnız xüsusi hallarda tətbiq edilir, belə ki, müavinətlərin təyin edilməsi zamanı artıq sığorta stajından istifadə edilir.
Xüsusi stajı
Xüsusi əmək stajı müəyyən vəzifələrdə, işlərdə, sənaye sahələrində toplanmış iş stajıdır, məsələn, daha tez pensiyaya çıxmaq imtiyazı verir.
İxtisas üzrə staj
İxtisas üzrə əmək stajı təhsil sənədində göstərilən ixtisas üzrə stajdır. O, konkret ixtisas üzrə əmək stajını təsdiq edir və müəyyən vəzifələrə müraciət etmək hüququ verir.
Stajın hesablanması cədvəli
Stajı hesablamaq üçün müxtəlif vasitələrdən, o cümlədən Excel elektron cədvəlindən istifadə etmək olar. Bildiyiniz kimi elektron cədvəllər təkrar olunan əməliyyatları avtomatlaşdırmağa imkan verir. Bu məqsədlə ən çox tətbiq edilən vasitələrdən biri Excel-dir. Sizə təqdim edəcəyimiz elektron cədvəl Excel-də hazırlanıb. Əmək stajını hazırlamaq üçün cədvələ başlanğıc və son tarixləri (gün, ay, il) daxil etmək kifayətdir. Sığorta stajının yaxud fasiləsiz əmək stajının hesablanması üçün uğurla tətbiq edilə bilər.
Staj hesablanması cədvəli
Bir neçə iş yeri üçün stajın hesablanması cədvəli
Bəzən işçinin ümumi əmək stajını yaxud bir neçə iş yeri üzrə əmək stajını hesablamaq lazım gəlir. Bu zaman Excel-də hazırlanmış aşağıdakı elektron cədvəl uğurla tətbiq oluna bilər.