Startapınızın uğursuz olacağının 10 səbəbi (I hissə)

posted in: Xəbər | 0

Niyə startap-ların bir çoxu gəlir gətirmir? Əksər startap-ların sonluğunun iflas və qoyulan sərmayələrin itirilməsi ilə başa çatmasının səbəblərini araşdıraq.

1-ci səbəb. Siz düşünürsünüz ki, ətrafdakılardan çox bilirsiniz.

Həddən ziyadə lovğalıq heç vaxt yaxşı heç nəyə gətirib çıxarmayıb. Ona görə də elə düşünməyin ki, siz ətrafınızdakılardan daha çox şey bilirsiniz. Komandanın fikirlərini dinləməyə çalışın və heç vaxt tək qərar verməyin. Qərarın demokratik yolla verilməsinə çalışın. Ancaq qaydalardan istisna halları da var, bunu unutmayın.

2-ci səbəb. Startap-ınızın məqsədi yalnız mənfəət əldə etməyə hesablanıb.

Əgər sizin məqsədiniz – bu, istisnasız olaraq yalnız mənfəət əldə etməyə yönəlibsə, onda çox güman ki, sizin strartap məğlubiyyətə düçar olacaq. Məsələ ondadır ki, əgər siz pul dalınca qaçırsınızsa, onda iş yerində 8 saatdan çox ola bilməyəcəksiniz. Özünüzü həmin işə tam şəkildə həsr edə bilməyəcəksiniz. Nəticə etibarilə rəqibiniz qlobal planları ilə həmişə qarşınızda üstün vəziyyətdə olacaq.

3-cü səbəb. Siz ətrafınızdakıların fikirləri barədə düşünürsünüz.

İnsanların həmişə öz fikirləri olaraq və həmişə sizi nədə isə təqsirləndirəcəklər. Yəni, sizin hansı variantdan olan qərarı qəbul etməyinizə baxmayaraq, tənqid həmişə olacaqdır. Bu səbəbdən, əgər siz müəyyən nəticələrə nail olmaq istəyirsinizsə, onda ətrafdakı şəxslərin barənizdə nə deyəcəkləri ilə bağlı ümumiyyətlə, heç nə düşünməyin.  Lakin, bir ən böyük istisna var – o da sizin alıcınızdır. Bax, ona daim qulaq asmaq və onun probleminin həlli üçün maksimum səy göstərmək lazımdır. Uğurlu biznes elə bunun üzərində qurulur.

4-cü səbəb. Sizin gəlirləriniz harasa yoxa çıxır.

Əgər siz öz gəlirinizlə bağlı dəqiq təsəvvürə malik deyilsinizsə, onda startap-ınızın məhsuldar şəkildə inkişaf etməsi ehtimalı çox azdır. Belə ki, biznesin inkişafından ötrü pul vəsaitləri lazımdır, həmin pullar isə daim bahalı həyatın gözəllikləri üçün axıb, gedir. Bu səbəbdən siz hökmən öz startap-ınızın pulunu savadlı şəkildə idarə etməyi öyrənməlisiniz. Bunun üçün isə məsrəf və mənfəətinizin uçotunu aparmalısınız.

5-ci səbəb. Məhsulun keyfiyyətinə əhəmiyyət verməmək.

Məhsulunuz keyfiyyətli deyilsə və ya dəyişdirilməsə, onun satışları pis olacaq. Bu halda satış həcmini artırmaq, çox problemli olacaq.  Sizin biznesiniz isə zərər görməkdə davam edəcək. Alıcınız, hər hansı digər alıcılar kimi, tələbkardır və pullarını özünə faydalı şəkildə sərf etmək istəyir. Ona görə, öz məhsullarınızın və ya xidmətlərinizin keyfiyyətini həmişə yüksək səviyyədə saxlayın.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *