Ştat cədvəli

posted in: Xəbər | 2

Ştat cədvəli təşkilatın struktur bölmələrini, vəzifə və peşələri, habelə ştat vahidlərinin sayını göstərən sənəddir. Bu materialda ştat cədvəlinin doldurulma qaydası, şirkətlər üçün məcburi olub-olmaması, mövcud sənədə necə dəyişikliklər edilməsi barədə məlumat verilir.

Ştat cədvəlinin hazırlanması məcburidirmi?

İşəgötürənin ştat cədvəlinin olması haqqında Əmək Məcəlləsində  birbaşa göstəriş yoxdur, o, işəgötürənin mülahizəsi əsasında hazırlanır. Amma 28 iyun 2024-cü il tarixli 1195-VIQD saylı qanunla AR Əmək Məcəlləsinə edilən dəyişiklərlə Məcəlləyə “ştat (ştata vahidi)” anlayışı əlavə edilib (maddə 8-1). Dəyişikliyə əsasən bu anlayış mərkəzləşdirilmiş elektron informasiya sistemində yaxud müəyyən hallarda kağız daşıyıcıda yaradılan cədvəl üzrə vəzifə adının və vəzifə maaşının əks olunduğu vahidi ifadə edir. Bu da həmin ştat vahidlərinin göstəricilərini (ştat vahidinin adı, sayı, hər vahid üzrə əməkhaqqı və tarif dərəcələrini) əks etdirən siyahının olmasını zəruri edir. Bundan başqa, belə bir siyahı rəhbərlik və insan resursları ilə iş bölməsinin əməkdaşlarına əmək mübahisələrini, habelə kadr axınını idarə etməyə kömək edir.

Ştat cədvəlinin standart forması varmı?

Sahibkarlıq subyektləri üçün ştat cədvəlinin standart forması yoxdur, amma AR NK-nın təsdiq etdiyi “Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi qaydalar”-a 1 saylı əlavə də belə bir forma nümunəsi var. Sahibkarlıq subyektləri bu nümunəvi formada kiçik düzəlişlər etməklə istifadə edə bilər yaxud özləri belə bir forma hazırlaya bilərlər. Əsas odur ki, hazırlanmış ştat cədvəli özündə bütün lazımi məlumatları ehtiva etsin.

Cədvəl buna məsul olan istənilən işçi – kadrlar şöbəsinin müdiri, baş mühasib və ya digər səlahiyyətli əməkdaş tərəfindən tərtib edilə bilər. Yadda saxlamaq lazımdır ki, mülki hüquq müqavilələr (xidməti müqavilələr) əsasında işləyən işçilər ştatlı işçilər sayılmır və cədvəldə göstərmir.

Mühasibat xidmətləri

Ştat cədvəlinin əsas vəzifəsi və qüvvədə olma müddəti

Cədvəldə müəssisənin bütün təşkilati strukturu əks olunur.  O, ştatların sayı, əməkhaqqı və ona əlavələri özündə əks etdirir, əməkhaqqı xərclərini təhlil etməyə imkan verir. İxtisarlar zamanı o, müəssisədə struktur dəyişiklikləri faktını təsdiqləməyə kömək edir.

Ştata cədvəlinin qüvvədə olma müddəti qanunla müəyyən edilmir, lakin, adətən, il ərzində sənədə dəyişikliklər edilirsə, növbəti ilin əvvəlindən yenisi təsdiq edilir. Amma o, birdəfəlik təsdiq edilə və daimi olaraq qüvvədə qala bilər.

Ştat cədvəlinin hazırlanması və təsdiqi

Cədvəl elə tərtib edilməlidir ki, onda bu məlumatlar öz əksini tapsın:

  • struktur bölmələr;
  • vəzifə və peşələr;
  • ştat vahidlərinin sayı;
  • aylıq əməkhaqqı;
  • vəzifə maaşına əlavələr;
  • qeydlər.

Ştat cədvəli rəhbər yaxud digər səlahiyyətli şəxs tərəfindən imzalanmış əmrlə təsdiq edilir. İxtiyari formada tərtib edilən əmrdə aşağıdakı məlumatlar ola bilər:

  • Ştat cədvəlinin qüvvəyə minmə tarixi;
  • əvvəlki cədvəlin, əgər varsa, artıq qüvvədən düşdüyü haqqında qeyd;
  • əmrin icrasına məsul şəxsin kimliyi.

Tərtib edilmiş ştat cədvəlinin özü, adətən, bu əmrə əlavə olunur.

Ştat cədvəlinin nümunə formasını yüklə 

Müddətli əmək müqavilələri ilə bağlı əsas dəyişikliklər və nümunələr

2 Responses

  1. Sehla
    |

    Tikinti sirketinde stat cedvelinin numunesi

  2. cemale
    |

    men statı haqqında