Dünyada sərvəti 100 milyard dolları ötən daha bir şəxs ortaya çıxıb

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın ən zəngin insanları siyahısına sərvəti 100 milyard dolları ötən daha bir nəfər – “Microsoft” şirkətinin keçmiş rəhbəri Steve Ballmer əlavə olunub, bunu “Bloomberg Billionaires Index”in məlumatı təsdiq edib.

O, 1980-ci ildən şirkətdə işləyib və 2000-ci ildən 2014-cü ilə qədər onun baş direktoru olub. İndi isə “Los-Angeles Clippers” basketbol klubunun sahibidir. Bir gün ərzində Ballmer 731 milyon dollar zənginləşib və indi onun sərvəti 101 milyard dollar ətrafında qiymətləndirilir. Dünyada sərvəti bu məbləğdən artıq olan daha səkkiz nəfər də var. Bu siyahıya daha bir nəfər də əlavə oluna bilər, belə ki, “Oracle” şirkətinin qurucularından biri olan “Larry Ellison”un sərvəti iyulun 7-də keçirilən ticarət zamanı 98,5 milyard dollara çatıb.

Qeyd edək ki, planetin ən varlı adamı yenə əvvəlki kimi “Amazon” şirkətinin qurucusu Jeff Bezos-dur. Onun sərvəti 100 milyardlıq nöqtəni iki dəfədən çox ötüb keçib və hazırda 212 milyard dollar təşkil edir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email