Tailandda pandemiya səbəbindən əmlak vergisi 90% aşağı salınıb

posted in: Xəbər | 0

Tailandda pandemiya səbəbindən əmlak vergisi 90% aşağı salınıb

Tailandın nazirlər kabineti koronavirus pandemiyasına görə zərər çəkmiş iqtisadiyyatın dəstəklənməsi üçün bütün 2020-ci il ərzində ölkədə daşınmaz əmlak vergisini 90% azaltmaq qərarına gəlib.

2019-cu ildə tətbiq edilən daşınmaz əmlak vergisi-nin (torpaq və tikililər üçün) azaldılması haqqında qərar qəbul edilib. Bundan əlavə, gəlir vergisinin ödənilməsi ilə bağlı müddət fevral ayından may ayına keçirilmişdi. Yəni, üç ay müddətinə təxirə salınmışdı. Daha sonra həmin müddətin daha iki ay, avqusta kimi uzadılması barədə də qərar qəbul olunub.

Bununla yanaşı, Tailand parlamentinin aşağı palatası bir qədər əvvəl iqtisadiyyatın sağlamlaşdırılması üçün fövqəladə büdcə haqqında üç qanun layihəsini təsdiqləyib. Bu məqsədlər üçün ümumilikdə 58 milyard dollar vəsait yönəldilmişdi. Ölkə Senatı da həmin sənədləri təsdiqləyib.

Onlardan birincisi hökumətə hüquqi və fiziki şəxslərə yardım etməyə və iqtisadiyyatın stimullaşdırılması üçün 34,9 milyard dollardan artıq borc vəsaitləri cəlb etməyə imkan verir. İkinci qanun layihəsi kiçik və orta biznes müəssisələrinə aşağı faizli kreditlərin verilməsinə 15,8 milyard dollardan artıq vəsait ayırmağa imkan verir. Üçüncü qanun layihəsi isə maliyyə sisteminin sabitləşdirilməsi və ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün vəsait ayırır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email