Hətta bu şəxslər də tam icbari tibbi sığorta paketi ala biləcəklər

posted in: Xəbər | 0
birbank biznes

Hətta bu şəxslər də tam icbari tibbi sığorta paketi ala biləcəklər

2020-ci il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ilə ölkədə sağlam rəqabət mühiti formalaşacaq”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
O bildirib ki, bu gün dövlət və özəl sektor arasında demək olar ki, rəqabət yoxdur: “Rəqabət yalnız avadanlıqlarda və kadrlardadır. Amma icbari tibbi sığortanın tətbiqi ilə hər bir klinika, həkim çalışacaq ki, daha effektli işləsin, daha çox xidmət göstərsin ki, onunla müqavilə daha çox bağlansın. Çünki pasiyentin klinikanı və həkimi seçmək hüququ var. Hansı klinika daha yaxşı xidmət göstərsə, o daha çox qazanacaq. Bundan əlavə, icbari tibbi sığorta həmrəylik prinsipinə əsaslanan bir modeldir. Dövlət tərəfindən hər bir vətəndaşa 29 manat məbləğində baza zərfi veriləcək. Həmin baza zərfinə təcili və təxirəsalınmaz yardım xidmətinin göstərilməsi daxil edilib. Planlı müayinələr, müşahidələr və s. isə əlavə zərfin üstündədir”.
Deputat qeyd edib ki, əlavə zərf  3 mənbədən maliyyələşəcək: “Əlillər, uşaqlar, pensiyaçılar, tələbələr, hamilə qadınlar  və üzrlü səbəbə görə işləməyənlər dövlət tərəfindən sığortalanacaq. Digər kateqoriya isə işəgötürən və işçidir. İşəgötürənlər işçilərinin əməkhaqqının, işçilər isə aldıqları əməkhaqqının 2 faizi məbləğində vəsait ödəyəcəklər. Eyni zamanda, iş münasibətlərini rəsmiləşdirə bilməyən şəxslər, fermerlər hər ayda 10 manat və ya ildə 120 manat ödəməklə tam sığorta paketi ala biləcəklər. Bu da bizim dövlətin, ölkə Prezidentinin humanist addımlarından biridir”.
Mənbə: apa.az

siqorta


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email